İdman
Qalmaqallı açıqlama: “İnter Mayami”ni Messinin atası idarə edir, ora getməyin

MLS-də iki ilini “DC United” və “Atlanta”da keçirən polşalı yarımmüdafiəçi Mateuş Klih qalmaqallı açıqlama verib.
Publika.az xəbər verir ki, o, “İnter Mayami” və komandanın hücumçusu Lionel Messini sərt tənqid edib:
“Messi orada oynadığı müddətdə “İnter Mayami”yə keçməyi tövsiyə etmirəm. Bu, tam fəlakətdir; insanlar gedir, məşqçilər və fizioterapevtlər ayrılır. Təşkilati baxımdan hər şey pisdir, hamı ispanca danışır. Messinin atası faktiki olaraq klubu idarə edir... Onun razılığı olmadan heç nə etmək mümkün deyil. Klubun özü də Mayamidən 45–50 dəqiqəlik məsafədə yerləşir.
Mən daha çox "Nyu-York Siti"ni tövsiyə edərdim. "Red Bulls"un artıq daha yaxşı stadionu var, amma "Siti" də möhtəşəm bir stadion inşa edir. Həmçinin "Kolumbus Kryu" və "Sinsinnati’ kimi klublar var ki, onların stadionları və infrastruktur səviyyəsi çox yaxşıdır, sadəcə orada yaşamaq çox darıxdırıcıdır”.
Heybət

-
Magazin111:48
“TikTok”er Mahirəyə həbs CƏZASI: Tələbə qızları 200-500 manata...
-
Sosial11:10
Bu ərazidə yaşayanlara metro ilə bağlı ŞAD XƏBƏR
-
Sosial10:34
Adnan Əhmədzadənin bu ölkədə 67 milyonluq dəbdəbəli mənzili aşkarlandı - FOTO
-
Nida Xəbər 09:54
Leyla Əliyeva Nyu-Yorkdan FOTO paylaşdı
-
Region09:46
Ermənistana getmək istəyən rusiyalı blogeri Gürcüstana buraxmadılar
-
Nəqliyyat08:37
14 yolda tıxac var - SİYAHI
-
Ekopublika.az05:15
İranda dolların məzənnəsi rekord həddə yüksəldi
-
Magazin203:18
Dünya şöhrətli memarın olduğu təyyarə partladı