İdman
III MDB Oyunları: bu gün səkkiz idman növü üzrə yarışlar keçiriləcək

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün səkkiz idman növü üzrə yarışlar keçiriləcək.
Publika.az xəbər verir ki, Qəbələ İdman Olimpiya Kompleksində stolüstü tennis üzrə fərdi yarışların final mərhələsi keçiriləcək. Oyunlar saat 10:00-da başlayacaq.
Qəbələ atıcılıq klubunda stend atıcılığı, Gəncə İdman Sarayında üzgüçülük üzrə yarışlar təşkil olunacaq. Qəbələ Şəhər Stadionunda isə iki futbol matçı oynanılacaq. Belarus Özbəkistan, Qırğızıstan Tacikistanla üz-üzə gələcək.
Bu gün, həmçinin 4 növ üzrə yarışlara start veriləcək. Göygöl Olimpiya İdman Kompleksində sambo, Yevlax Olimpiya İdman Kompleksində boks, Mingəçevir Kür Olimpiya Olimpiya Mərkəzində taekvondo yarışları baş tutacaq. Gəncə İdman Sarayında isə voleybol matçları gerçəkləşəcək. Azərbaycanın qadınlardan ibarət millisi Tacikistanla qarşılaşacaq. Matç saat 18:30-da başlayacaq.
13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

-
Nəqliyyat08:24
Bakıda 18 yolda tıxac yarandı - Siyahı
-
Magazin207:15
"Ola bilsin ki, məni bir daha görmədiniz" - Özcan Dənizdən müəmmalı açıqlama
-
MDB06:46
"Qiyamət radiosu" iki yeni mesaj yayımladı
-
Avropa05:45
Fransa "Greenpeace"in təsisçisinə sığınacaq vermədi
-
Rəsmi xronika28 Sentyabr 22:22
Prezident xanımı ilə Gəncədə III MDB Oyunlarının açılışını izlədi - Foto/Video/Yeniləndi
-
Nida Xəbər 28 Sentyabr 21:27
Mehriban Əliyeva III MDB Oyunlarının açılış mərasimindən paylaşım etdi
-
Region28 Sentyabr 21:13
Türkiyədə yenə zəlzələ oldu
-
Dünya28 Sentyabr 20:12
Partlayışlar oldu, Kiyev işıqsız qaldı