Dünya
ABŞ təsdiqlədi: Rusiyada toxunulmaz yer qalmayıb - Ukraynaya “vurun” icazəsi verildi

Donald Tramp administrasiyası Ukraynaya Rusiya ərazisinə uzaq məsafədən zərbələr endirmək səlahiyyəti verib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Keyt Kelloq “Fox News” telekanalına müsahibəsində bildirib.
Kiyevin Ağ Evdən belə bir razılıq alıb-almaması ilə bağlı suala o, Trampın özünün, dövlət katibi Marko Rubionun bəyanatlarına əsaslanaraq, cavabın “bəli” olduğunu deyib.
Kelloq Rusiyada toxunulmaz sayıla biləcək yerlərin qalmadığını vurğulayıb. Bununla belə, xüsusi nümayəndə bu icazənin konkret olaraq Amerika silahlarının istifadəsinə aid olub-olmadığını dəqiqləşdirməyib.
Amma o etiraf edib ki, Vladimir Zelenskinin bu yaxınlarda Ukraynaya uzaqmənzilli “Tomaqavk” qanadlı raketlərinin təhvil verilməsi tələbi belə bir hüququn əldə edilməsi ilə birbaşa bağlı ola bilər.
Tural

-
İqtisadi gündəm10:43
Sosial müdafiə xərcləri rekord həddə yüksəldi - Səbəb nədir?
-
Nəqliyyat08:24
Bakıda 18 yolda tıxac yarandı - Siyahı
-
Magazin207:15
"Ola bilsin ki, məni bir daha görmədiniz" - Özcan Dənizdən müəmmalı açıqlama
-
MDB06:46
"Qiyamət radiosu" iki yeni mesaj yayımladı
-
Avropa05:45
Fransa "Greenpeace"in təsisçisinə sığınacaq vermədi
-
Rəsmi xronika28 Sentyabr 22:22
Prezident xanımı ilə Gəncədə III MDB Oyunlarının açılışını izlədi - Foto/Video/Yeniləndi
-
Nida Xəbər 28 Sentyabr 21:27
Mehriban Əliyeva III MDB Oyunlarının açılış mərasimindən paylaşım etdi
-
Region28 Sentyabr 21:13
Türkiyədə yenə zəlzələ oldu