"Barselona" ona görə 40 milyon ödəməyə hazırdır
Bizi izləyin

İdman

"Barselona" ona görə 40 milyon ödəməyə hazırdır

“Barselona” qış transfer pəncərəsində müdafiə xəttini gücləndirmək niyyətindədir.

Publika.az xəbər verir ki, Kataloniya klubu Dortmund “Borussiya”sının müdafiəçisi Niko Şlotterbeki transfer hədəfi kimi müəyyənləşdirib. Baş məşqçi Hans-Diter Flik bu mövsüm çoxlu sayda qol buraxılmasına baxmayaraq, yüksək müdafiə xətti ilə oynamaq prinsipindən imtina etmək fikrində deyil.

Mütəxəssisin fikrincə, 25 yaşlı Şlotterbek bu oyun modelinə mükəmməl şəkildə uyğun gəlir. “E-Notícies” nəşrinin məlumatına görə, “Barselona” yanvarda alman müdafiəçi üçün 40 milyon avro ödəməyə hazırdır.

Cari mövsümdə Niko Şlotterbek klub səviyyəsində 10 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm