Region
Türkiyədə ard-arda zəlzələ: Növbətisi 6,9 bal gücündə ola bilər
Türkiyənin Balıkesir vilayətində baş verən ardıcıl zəlzələlərdən sonra mütəxəssislər bölgədə yerləşən Gelenbe fay xətti ilə bağlı ciddi xəbərdarlıq ediblər.
Publika.az xəbər verir ki, məlumata görə, Balıkesirdə gecə yarısı və səhər saatlarında ard-arda 4,5 bal gücündə zəlzələlər qeydə alınıb. Sarsıntılar İzmir, Manisa, Bursa və İstanbulda da hiss olunub.
Zəlzələdən sonra seysmoloqlar Gelenbe fayında gərginliyin artdığını bildiriblər. Tanınmış geofizik professor Övgün Ahmet Ercan qeyd edib: “Son zəlzələlər təxminən 20 kilometr uzunluğunda qırıq yaradıb və bu xətt şimal-şərq istiqamətində aktivləşir. Əgər proses davam edərsə, Balıkesir mərkəzi zərər görə bilər”.
Digər mütəxəssis, professor Okan Tüysüz isə vurğulayıb ki, zəlzələ Gelenbe fayında baş verib və bu fayın 6,5-6,9 bal gücündə zəlzələ törətmək potensialı var.
-
Yaxın Şərq21:48İran Hörmüz boğazını bağlayır
-
Sosial20:36"5 dəfə vurdular, sağlam yeri yox idi" - Gəmidə sağ qalan şəxs danışdı / VİDEO
-
Magazin218:48Həmkarı ilə münasibətdə olduğunu etiraf etdi: “Nömrəni bilirsən”
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR


































