İdman
"Napoli" "Qarabağ"la oyundan öncə Konteni qovur? - BU GÜN GÖRÜŞ VAR
Antonio Konte “Napoli” klubunda baş məşqçi postunu tərk edə bilər.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.
Onun yazdığına görə, noyabrın 10-da Konte ilə Neapol klubunun rəhbərliyi arasında görüş keçiriləcək. Tərəflər əməkdaşlığın davam etdirilməsinin məqsədəuyğun olub-olmadığını müzakirə edəcəklər.
Bildirilir ki, baş məşqçi və klub bu çətin mərhələnin bütün detallı tərəflərini təhlil edəcək. Görüşün nəticəsi olaraq, yaxın vaxtlarda İtaliya çempionu baş məşqçisiz qala bilər.
Antonio Konte “Napoli”ni 2024/25 mövsümünün əvvəlində çalışdırmağa başlayıb və həmin mövsüm komandanı İtaliya çempionu edib. Lakin hazırda “partenopeylər” üç oyundur qələbə qazana bilmir və A Seriyasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Dünən, noyabrın 9-da Konte rəhbərliyindəki komanda “Bolonya”ya 0:2 hesabı ilə uduzub.
Xatırladaq ki, oktyabrda Antonio Konte “Napoli”nin yay transfer siyasətindən narazılığını bildirmişdi.
Qeyd edək ki, İtaliya çempionu "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən biridir. Bu komandalar noyabrın 26-da Neapolda üz-üzə gələcəklər.
Heybət
-
MDB17:02Tokayev Moskvaya bu planla gedir
-
Magazin216:45Rusiyalı ulduz azərbaycanlı oğlanla bağlı paylaşım etdi: Bunu yalnız o bacardı
-
Region13:40İstanbulda fövqəladə vəziyyət: Televiziya binasına silahlı hücum oldu - VİDEO
-
İqtisadi gündəm13:26Pul yox olacaq: Onu görün nə əvəz edəcək - Mask açıqladı
-
Region11:42Türkiyədə ard-arda zəlzələ: Növbətisi 6,9 bal gücündə ola bilər
-
Nida Xəbər 11:18Paşinyan razılaşdı: Bu ərazilər Azərbaycana verilir - Surenyants
-
Nida Xəbər 10:43MN Atatürkün vəfatının ildönümü ilə bağlı paylaşım etdi - FOTO
-
Dünya10:07Dünyanı çətin günlər gözləyir: Noyabrın 11 və 12-də...










.webp)












.jpg)
.jpg)









.jpg)


