İdman
Almaniyalı futbolçu faciəli şəkildə öldü
Almaniyalı futbolçu Sebastyan Hertner Monteneqronun Savin Kuk dağ-xizək kurortunda baş verən faciəli hadisə nəticəsində 34 yaşında həyatını itirib.
Publika.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.
Hertner həyat yoldaşı ilə birlikdə istirahətdə olarkən, təxminən 70 metr hündürlükdə olan kanat yolundan yıxılıb. O, hadisə yerindəcə dünyasını dəyişib.
Faciə kanat yolunda oturacaqların toqquşması nəticəsində baş verib. Futbolçunun həyat yoldaşı ayağından xəsarət alıb, bir müddət kanat yolunda asılı vəziyyətdə qalıb və daha sonra xilasedicilər tərəfindən xilas edilib.
Sebastyan Hertner “Ştutqart” akademiyasının yetirməsi olub, karyerası ərzində “Münhen 1860”, “Aue”, “Darmştadt”, “Lübek”, “Türkgücü Münhen”, “Dinamo Berlin”, “Teutonia Ottensen” və “ETSV Hamburq” klublarında çıxış edib. O, 2008–2009-cu illərdə Almaniyanın U-18 və U-19 gənclər yığmalarında ümumilikdə 19 oyun keçirib.
Heybət
-
Ekologiya17:40Azərbaycanda qış belə olacaq - Ən soyuq dövr...
-
Rəsmi xronika16:55İlham Əliyev Ağdamda açılışda iştirak etdi - YENİLƏNDİ
-
Rəsmi xronika15:35Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 14:36Azərbaycandan benzin alan Ermənistan şirkəti görün kimin imiş
-
Nida Xəbər 13:58Emin Ağalarov Prezidenti belə təbrik etdi - VİDEO
-
İdman13:40Qadın idman jurnalisti izləyicilərini valeh etdi - FOTOLAR
-
Sosial12:58İş və istirahət günlərinin yeri dəyişdiriləcək? - Nazirlikdən açıqlama
-
MDB11:38Moskvadakı partlayışın detalları: Polislər şübhəli şəxsə yaxınlaşıblar və bu an... - VİDEO











.webp)














