İdman
"Qarabağ"ın almanlarla 11-ci dueli: Tilsim qırılacaqmı?
“Qarabağ” UEFA Çempionlar Liqasının 7-ci turu çərçivəsində “Ayntraxt” klubunu qəbul edəcək. Bununla Ağdam təmsilçisi Almaniya klublarına qarşı 11-ci rəsmi oyununu keçirəcək.
Publika.az-ın məlumatına görə, Ağdam təmsilçisi üçün bu rəqiblərlə oyunlar hər zaman böyük təcrübə və çətin mübarizə ilə yadda qalıb.
Qurban Qurbanovun rəhbərliyi altında indiyədək Bundesliqa təmsilçiləri ilə keçirilən 10 görüşün hamısı Avropa Liqası çərçivəsində baş tutub. Ümumi nəticələrə nəzər salsaq, “köhlən atlar” bu duellərdə hələ ki, qələbə sevinci yaşaya bilməyib: 2 heç-heçə və 8 məğlubiyyət. Top fərqində də almanların böyük üstünlüyü var - 8:23.
Maraqlıdır ki, "Qarabağ" bugünkü rəqibi ilə 13 il əvvəl də üz-üzə gəlib. 2013-14 mövsümündə Avropa Liqasının pley-off mərhələsində baş tutan hər iki görüşdə Frankfurt təmsilçisi qalib gələrək təmsilçimizin qrup mərhələsinə keçməsinə mane olub. 2024-25 mövsümündə "Bayer Leverkuzen"lə dramatik mübarizədən sonra azarkeşlər bu dəfə alman tilsiminin qırılacağına ümid edirlər.
Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" oyunu bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
| Mövsüm | Turnir | Rəqib | Nəticələr |
| 2010-11 | Avropa Liqası, Pley-off | Borussiya Dortmund | 0:1; 0:4 |
| 2013-14 | Avropa Liqası, Pley-off | Ayntraxt Frankfurt | 0:2; 1:2 |
| 2022-23 | Avropa Liqası, Qrup mərhələsi | Frayburq | 1:1; 1:2 |
| 2023-24 | Avropa Liqası, Qrup mərhələsi | Bayer Leverkuzen | 0:1; 1:5 |
| 2023-24 | Avropa Liqası, 1/8 Final | Bayer Leverkuzen | 2:2; 2:3 |
Heybət
-
Magazin207:47DiKaprionun sevgilisinin elə FOTOLARI YAYILDI Kİ... - “Leo bəxtəvərdir”
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Levandovskinin yeni klubu bəlli oldu
-
Magazin106:16Aytəkinin ailəsi ilə Qarabağ gəzintisi - FOTO
-
Avropa05:45Ukrayna ordusunun briqada komandiri ölü tapıldı
-
Sağlamlıq05:15Aclığı artıran qida qrupu - Gözümüz buna görə doymur
-
Yaxın Şərq04:44Livanda “Hizbullah”ın yeraltı binası məhv edildi
-
Hadisə01:41Rusiyada təyyarə qəzası - Ölən var






























