İdman
Dennis Şmidt “Qarabağ”a məğlubiyyəti belə şərh etdi: Sehirbaz deyilik...
UEFA Çempionlar Liqasının 7-ci turunun “Qarabağ” – “Ayntraxt” oyunundan (3:2) sonra qonaq komandanın məşqçisi Dennis Şmidt jurnalistlərin suallarını cavablandırıb.
Publika.az xəbər verir ki, almaniyalı mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib
– Çox qaçmalı olduq. Tez qol buraxdıq. Qələbə qazanmaq istəyirdik, tez qol buraxdıq, amma buna reaksiya verdik. Hesabı bərabərləşdirəndən sonra oyuna tarazlıq gəldi. İki komandanın da şansları var idi. İkinck hissədə “Qarabağ” pressinq edirdi. Önə keçsək də, tez hesabı bərabərləşdirdilər. 2:2-dən sonra “Qarabağ” yenidən təzyiqi artırdı. Fərdi mübarizələrdə uduzduq. Bu matçı təhlil edib, nəticə çıxaracağıq.
– Bu mövsüm ən çox qol vuran və buraxan komandasınız. Belə çətin vəziyyətdə Çempionlar Liqasında debüt etmək, bugünkü oyundan məğlubiyyətlə ayrılmaq gələcəyinizə necə təsir edəcək?
– Klubda qalacağam. Məsələ atdığımız addımlar, buraxdığımız səhvlərdir ki, araşdırmalıyıq. Gələcəkdə daha yaxşı oyunlar göstərməliyik.
– Almaniya komandaları avrokuboklarda ilk dəfə Azərbaycan klubuna uduzdu. Bu, sizin üçün nə deməkdir?
– Bugünkü oyun haqda danışa bilərəm. “Qarabağ” intizamlı, istəkli idi. Səhvimizdən istifadə edib, qələbə qazandılar.
– Komanda inamlı görünmürdü. Bu inamı qaytarmaq üçün nə etmək lazımdır?
– Fikrinizə hörmətlə yanaşıram. Lakin bu gün meydanda can qoyduq. İnamsız və ya zəif olduğumuzu deməzdim. Vaxtımız az idi. 75-ci dəqiqədə artıq öndə idik. Lakin sonradan baş verənlər o deməkdir ki, hardasa səhv etmişik.
– Oyunda hansı problem var idi?
– Analizlərdən sonra deyə bilərəm. Sehirbaz deyilik, dərhal nəyisə dəyişə bilmərik.
– Komanda çətin dönəmlərdən keçir. Situasiyadan komandanı necə çıxarmağı düşünürsünüz?
– Məğlubiyyət uşaqların halını pozdu, narahatdırlar. Təhlillər aparacağıq. Pozitiv məqamları da nəzərə alıb, növbəti oyunlara fokuslanacağıq.
– Azərbaycan klubuna məğlubiyyət faciə kimi qarşılanacaq?
– Faciə deyil. Çempionlar Liqasında hər komanda keyfiyyətlidir. Bu gün də meydanda iki güclü komanda var idi.
– Bakıda məşq keçmədiyiniz üçün peşmanlıq hissi var?
– Xeyr.
Heybət
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyə baxımından yüksəliş dövrü başlayır
-
İdman01:20Qurban Qurbanov: Düzgün, geniş şərhi prezidentimiz verdi
-
İdman00:50Dennis Şmidt “Qarabağ”a məğlubiyyəti belə şərh etdi: Sehirbaz deyilik...
-
İdman00:25Bəhlul Mustafazadə tarixə düşdü
-
İdman21 Yanvar 23:41"Qarabağ"dan möhtəşəm qələbə - VİDEO/YENİLƏNDİ
-
Hadisə21 Yanvar 23:31Bakıda çoxmərtəbəli binada YANĞIN oldu
-
Elm və təhsil21 Yanvar 20:05Qara görə dərsə getməyən şagirdlərlə bağlı qərar - RƏSMİ
-
İdman21 Yanvar 20:00"Ayntraxt" "Qarabağ"la oyun öncəsi görün nə paylaşdı - VİDEO









.jpg)







.jpg)













