İdman
ÇL matçından sonra azarkeşlər həbs olundu: Səbəb nədir? - FOTO
Qazaxıstanda "Brügge"nin üç azarkeşi Çempionlar Liqasında "Kayrat"la oyuna "Borat" filmi mövzusunda çimərlik geyimləri geyindikləri üçün cəzalandırılıb.
Publika.az xəbər verir ki, oyun sonrası sosial şəbəkələrdə videolar yayılıb. Həmin kadrlarda “Brügge” azarkeşləri tribunada parlaq sarı rəngli çimərlik kostyumlarına bürünüblər. Kostyumlar “Borat” filmində Sassa Baron Koen tərəfindən canlandırılan baş qəhrəmanın geyiminə oxşayır.
Qazaxıstan daxili işlər nazirinin müavini Sanjar Adilov bildirib ki, ictimai yerdə içkili vəziyyətdə kiçik xuliqanlıq hərəkətləri törətmək faktı üzrə inzibati iş açılıb: “Şəxslər inzibati məsuliyyətə cəlb olunublar. Onların beş gün müddətinə inzibati həbs olunması barədə məhkəmə qərarı var”.
Qeyd edək ki, Astana şəhərində keçirilən UEFA Çempionatı matçı Belçika komandası üçün 4:1 hesablı qələbə ilə başa çatıb. “Kayrat” turnirin növbəti mərhələsinə yüksəlmək şansını itirib.
Heybət

-
Nida Xəbər 15:32Alyona Əliyeva Arzu Əliyevanı belə təbrik etdi - FOTO
-
Nida Xəbər 15:18Mədət Quliyevlə Zəhra ayrıldı
-
Magazin114:54Alim Qasımovdan nəvəsinin toyda dediklərinə - REAKSİYA
-
Elm və təhsil13:26Tələbə kreditləri üçün müraciət tarixi açıqlandı
-
Nida Xəbər 12:44“Eyyubovlar işi” haqda mühüm xəbər: Yeni həbslər var - ADLAR
-
Nida Xəbər 12:14Bu qanuna dəyişiklik olunur
-
ABŞ11:58Ukrayna daha çox ərazi itirə bilər - Tramp
-
Magazin110:18Niyaməddin Musayevin qızı polkovnik imiş: Uzun müddət...













.jpg)









.jpg)













