Magazin1
Gecə zəng etdi ki, uşağım acından ağlayır... - Ağadadaş Ağayev açıqlamaları ilə gündəm oldu
Xalq artisti Ağadadaş Ağayevin açıqlamaları cəmiyyətdə maraq doğurub.
Publika.az xəbər verir ki, sənətçi pulun cəmiyyətdə getdikcə ön plana çıxmasından və etdiyi yardımlardan danışıb.
Ağadadaş Ağayev bildirib ki, gecə saatlarında ona edilən bir zəng həyatında unudulmaz anlardan biri olub:
"Gecə telefonum açıq olur. Saat dördün yarısı idi, bir xanım zəng vurdu. Ağlayırdı. Məlum oldu ki, atasını tanıyıram. Dedi ki, uşağım yuxudan acından oyanıb ağlayır, evdə bir parça çörəyimiz belə yoxdur. Bankomatdan pul köçürə bilmirəm. Dərhal prodüserimi yığıb yanıma çağırdım. Cibimdə 260 manat pul var idi, hamısını qəpiyinə qədər verdim. Sonra həmin uşağı işə də götürdüm. İndi mənim restoranımda çalışır, ailə artıq bir həftədir normal yaşayır".
Sənətçi vurğulayıb ki, cəmiyyət mənəvi dəyərləri getdikcə itirir:
"Mənəviyyatımızı o qədər itiririk ki, avtomatik olaraq maddiyyat ön plana keçir. Hər zaman pula görə nələr ediblər. Amma hər şeyi pula bağlasaq, bu dünyanın sonu deməkdir".
Qeyd edək ki, Xalq artistinin bu fikirləri sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.
(Milli.az)
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman3 Oktyabr 16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm



































.jpg)
