İdman
AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var
AFFA bir müddət əvvəl bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalarla bağlı yeni qərar verib. Qrurum Premyer Liqa klublarının, akademiyaların, fərdi komandaların, həm də mərkəzləşdirilmiş regionlarda iştirak edən komandaların nümayəndələri ilə məsləhətləşmələrdən sonra U-8, U-9, U-10, U-11 və U-12 liqalarının oyunlarında tez-tez qeydə alınan böyükhesablı nəticələrlə bağlı tədbir görüb.
Federasiya oyunçuların futbola olan həvəsinin azalmaması və matç balansının təmin edilməsi məqsədilə bu mövzu ətrafında geniş müzakirələr aparıb və bu nüansı aradan qaldıra biləcək qərar qəbul edib. Yeni qərara əsasən, hər hansı komanda oyun ərzində 3 top fərqi ilə geridə olarsa, bu zaman əsas heyətə 1 nəfər oyunçusunu əlavə edə bilər. Hesab arasındakı fərq 6 qol olarsa, məğlub durumda olan komanda əsas heyətə daha 1 oyunçu əlavə edə bilər. Hesab fərqi 4 qola enən zaman meydanda olan əlavə 2 oyunçudan 1-i meydanı tərk etməlidir.
Yekun olaraq, 3 qol fərqi olanda əlavə 1 oyunçu, 6 qol fərqi yaranan zaman əlavə daha bir oyunçu meydana daxil ola bilər. Qol fərqi 4-ə və 2-yə enərsə, meydana daxil olan oyunçular müvafiq qaydada meydanı tərk etməlidirlər. Hesab fərqinə görə meydana əlavə olaraq daxil ola biləcək oyunçuların sayı maksimum 2 nəfər olmalıdır.
Bu qaydanı icra etmək məcburi deyil. Hesabda geridə olan komanda oyuna əlavə oyunçu daxil etməyə də bilər və bu, komandanın öz öhdəliyindədir.
Bu qərara məşqçilərin mövqeyi necədir? Mütəxəssislər AFFA-nın bu addımını doğru hesab edirlərmi? Suallarımızı "Araz-Naxçıvan" klubunun aşağı yaş qrupları üzrə komandasında çalışan və uşaq futbolunda kifayət qədər təcrübəsi olan Elşad Məmmədova ünvanladıq.

Məmmədov AFFA-nın qərarının doğru olduğunu və belə təcrübədən Avropa futbolunda yararlanılıdığını bildirdi:
"Sevindirici tərəfi odur ki, futbol adına xeyirli qərardı. Bilirsiniz ki, uşaqlıqdan futbolu daha yaxşı mənimsəmək və sevmək üçün ruh yüksəkliyi, iradə möhkəmliyi və özünəinam çox vacibdir. Bizdə aşağı liqalarda komandalar arasında böyük uçurum var. Premyer Liqa komandalarının aşağı yaş qrupları ilə futbol məktəbləri və özəl klublar arasında fərq böyükdür.
Klublar daha güclü olduğu üçün böyük hesablı nəticələr olurdu. Bu da digər komandalarda olan uşaqlarda ruh düşkünlüyü yaradır və futbol sevgisini azaldırdı. Bir çox uşaq potensialı açılmadan başqa isiqamətə yönəlirdi.
Yeni qərarlar böyük hesabların qarşısını kəsməklə yanaşı, eyni zamandada idman rəqabətini artıracaq. Bu, hər iki komandada çıxış edən oyunçuların xeyrinədir. Bu liqalarda əsas nəticə yox, inkişafdır.
Belə təcrübə Avropada var. Mən 2019-cu ildə Macarıstanda görmüşdüm. Onlar fərq 2 qola çatanda əlavə oyunçu salırdılar. Hesaba görə say hətta 3 əlavə oyunçuya qədər qalxa bilərdi.
Ümüd edirəm ki, uşaq futbolunda çalışan həmkarlarım nəticədən çox bütün oyunçuların oynaması, inkişaf etmələri üçün çalışacaqlar.
Bu, AFFA-nın cari mövsümlə bağlı verdiyi ikinci yaxşı qərardı. Birinci müsbət qərar aşağı liqalardakı hesabların qeydə alınmaması idi".
Heybət
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var
-
Nida Xəbər 09:33DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
-
MDB09:06Kiyevə kütləvi hücum başladı: Rusiya “İsgəndər”lə vurur
-
Dünya09:00Rusiya təhlükəsi: Bu ölkə qırıcılarını havaya qaldırdı
-
Səhiyyə08:24Azərbaycanda insanlara heyvan orqanları köçürüləcək? - AÇIQLAMA
-
İdman07:55“Qızıl top”un sahibi Benzema “Əl-Hilal” klubunda
-
Kriminal06:16Baltalanan yeniyetmələrin anası fəryad etdi: Ən ağır cəzanı istəyirəm!






.jpg)



.webp)


























