İdman
Komandalarını dəyişə biləcək superulduzların adları açıqlandı
Amerikalı jurnalist və insayder Mark Şteyn “Substack” platformasındakı bloqunda 2026-cı ilin yayında komandasını dəyişə biləcək əsas NBA superulduzlarını açıqlayıb.
Publika.az xəbər verir ki, siyahıda Lebron Ceyms (Los-Anceles Leykers), Yannis Adetokunbo (Miluoki Baks) və Kavay Leonard (Los-Anceles Klippers) yer alıb. Şteynin fikrincə, məhz bu oyunçuları böyük dəyişikliklər gözləyir.
Lebron Ceyms 23 illik karyerasında ilk dəfə olaraq 2026-cı ilin yayında ehtiyatsız (məhdudiyyətsiz) sərbəst agent statusu qazanacaq və alternativ planı olmayacaq. Onun agenti Riç Pol hələ 2025-ci ilin yayında bildirmişdi ki, Ceyms “Leykers”də 52,6 milyon dollarlıq oyunçu opsiyasından istifadə edəcək, lakin müqaviləni uzatmaq niyyətində deyil. Beləliklə, o, 2018-ci ildən sonra ilk dəfə bu statusu əldə edəcək.
Yannis Adetokunbo ilə bağlı isə “Miluoki”nin həmsahibi Ues Edens mart ayında açıqlama verərək bildirib ki, forvard ya klubla yeni müqavilə imzalayacaq, ya da treyd ediləcək.
Kavay Leonardın müqaviləsi isə 2026/2027 mövsümündə son ilinə daxil olacaq. Əgər liqa maaş qaydalarının mümkün pozuntuları ilə bağlı araşdırma nəticəsində müqaviləni ləğv edərsə, Leonard dərhal məhdudiyyətsiz sərbəst agentə çevriləcək.
-
Avropa22:58Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq
-
İdman21:40Rəsmən təsdiqləndi: Ronaldo bu klubun sahibi oldu
-
ABŞ21:26Biz amerikalıların təhdidlərini heç sayırıq - Qalibaf
-
Hadisə20:46Tovuzda dəhşətli qəza - Yaralılar var
-
ABŞ19:13Starmer çox yaxında istefa verəcək - Tramp
-
Hadisə18:48Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - Video
-
Ekopublika.az18:24Yumurtanın kəskin ucuzlaşması qıtlığa səbəb oldu - Video
-
ABŞ17:10İran və ABŞ bu mühüm məsələdə razılığa gəldi































