İdman
“Bakı-2015”-in Uniforma və Akkreditasiya Mərkəzinin açılışı olub
Fevralın 5-də “Bakı-2015” Avropa Oyunlarının Uniforma və
Akkreditasiya Mərkəzinin açılışı olub.
Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, “Bakı-2015” Avropa
Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru
Saymon Kleq, həmçinin Bakıda səfərdə olan Avropa Olimpiya
Komitəsinin üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən gənclər və idman naziri, Avropa Oyunları
Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov
“Bakı-2015”-ə hazırlıq işlərinin yüksək səviyyədə getdiyini
bildirib. Nazir Avropa Oyunları Əməliyyat Komitəsinin fəaliyyətini
yüksək qiymətləndirərək qeyd edib ki, Mərkəz yarışlara gələcək
qonaqlar, eyni zamanda, media nümayəndələrinin daha səmərəli
fəaliyyətinə kömək göstərəcək. Nazir deyib ki, “Bakı-2015”-in Nar
Mobile tərəfindən dəstəklənən könüllülər proqramının uğurlu
namizədləri Oyunlardan əvvəl yeni binada qeydiyyatdan keçərək
xüsusi dizayn edilmiş uniformalar əldə edəcəklər.
Avropa Olimpiya Komitəsi (AOK) Əlaqələndirmə Komissiyasının sədri
Spiros Kapralos deyib: “Avropa Oyunlarının keçiriləcəyi idman
obyektləri dünya səviyyəsində yaradılıb. Bunları görmək, Uniforma
və Akkreditasiyası Mərkəzinin açılışında iştirak etmək bizim üçün
çox xoşdur”.
“Bakı-2015”-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib
ki, biz dünya standartlarına uyğun Oyunlar keçirmək üçün səylə
çalışırıq. AOK Əlaqələndirmə Komissiyasının Bakıya səfəri əldə
etdiyimiz nəticələri Avropa idman ictimaiyyəti ilə paylaşmaq üçün
yaxşı imkandır. Əlaqələndirmə Komissiyasının üzvlərini burada
görmək və onları “Bakı-2015”-in obyektləri və marşrut şəbəkəsi ilə
tanış etməkdən böyük məmnunluq duydum.
Sonda Avropa Olimpiya Komitəsinin üzvləri və digər rəsmi qonaqlar
yeni Uniforma və Akkreditasiya Mərkəzi ilə tanış olublar.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi