ŞOK: Həvəskarların oyununu 30 min tamaşaçı izlədi - FOTOLAR
Bizi izləyin

İdman

ŞOK: Həvəskarların oyununu 30 min tamaşaçı izlədi - FOTOLAR

Biz də deyirik ki, futbol oynayırıq. Gözəllik ondur, doqquzu dondur məsələsini futbolla sintez edəndə nəticə təxminən belə olur: futbolun yaraşığı qoldur, bəzəyi isə azarkeşlər. Azərbaycan futbolu bu gün azarkeşsizlikdən çox əziyyət çəkir. Bunun müxtəlif səbəbləri var.

Bir dənə də məsəl var: "Halva-halva deməklə ağız şirin olmur". Yəni inkişafdan danışmaqla deyil, stadiona azarkeş gəlmirsə, deməli, danışılanlar boş şeydir. İndi deyəcəklərimiz isə əminik ki, hamınızı təəccübləndirəcək.

Publika.az xəbər verir ki, Almaniyanın həvəskar səviyyəli 4-cü divizionunda azarkeş sayıyla bağlı yeni rekord müəyyənləşib. “Allemaniya” - “Rot-Vays Essen” qarşılaşmasını 30313 tamaşaçı izləyib. Oyunun ölkə əhalisinin ən sıx yaşadığı və futbol zonası sayıldığı Vestfaliyada keçirilməsinə baxmayaraq, buna heyrətlənməmək olmur. Həvəskar oyunda anşlaq qeydə alınması 4-cü divizionu olmayan ölkələr üçün ciddi siqnaldır. Həmçinin bizim kimilər üçün.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm