İdman
Rumıniyada "Bakı-2015" Birinci Avropa Oyunlarının təqdimatı keçirilib
Heydər Əliyev Fondunun və Azərbaycanın Rumıniyadakı səfirliyinin birgə təşkilatçılığı, AzərTAc-ın və "Agerpres" agentliyinin media dəstəyi ilə Rumıniyanın Milli Olimpiya Komitəsində "Bakı-2015" ilk Avropa Oyunları ilə bağlı təqdimat mərasimi keçib.
Publika.az Fondun saytına istinadən məlumat verir ki, mərasimdə Rumıniyanın idman federasiyalarının rəhbərləri, “Bakı-2015” Avropa Oyunlarında iştirak edəcək rumın idmançıları, ziyalılar, dövlət rəsmiləri, ölkənin qabaqcıl turizm şirkətlərinin rəhbərləri, dövlət və qeyri-dövlət qurumlarının nümayəndələri, burada yaşayan azərbaycanlılar, jurnalistlər iştirak ediblər.
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev çıxış edərək bu tədbirin ilk Avropa Oyunları barədə məlumatın rumın ictimaiyyətinə çatdırılması istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. İ.Hacıyev Oyunlara hazırlıq işlərinin ən yüksək səviyyədə aparılması, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yarışların yüksək səviyyədə keçirilməsinə göstərdikləri dəstəyi xüsusi vurğulayıb. Direktor yarışların keçirilməsi üçün yeni tikilən və bərpa olunan idman kompleksləri barədə interaktiv şəkildə məlumat verib. O, həmçinin idmançılar üçün yaradılmış şərait, Olimpiya şəhərciyi, Bakının gözəlliyi, İçərişəhər, Dənizkənarı park, Heydər Əliyev Beynəlxalq Hava Limanı, KİV-lər üçün nəzərdə tutulmuş media mərkəzindən bəhs edib.
Sonra Avropa Oyunları barədə film nümayiş etdirilib.
Rumıniya Milli Olimpiya Komitəsinin sədri Alin Petrake, gənclər və idman naziri, Olimpiya çempionu xanım Qabriela Szabo bu tədbiri təşkil etdiyinə görə Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildiriblər. Onlar Heydər Əliyev Fondunun Rumıniyada humanitar, sosial, idman sahələrində, Azərbaycanın təbliği, iki xalq arasında əlaqələrin möhkəmlənməsi istiqamətində apardığı fəal işi yüksək qiymətləndirdiklərini vurğulayıblar. “Bakı-2015” ilk Avropa Oyunlarının gənc idmançıların yarışmaları üçün gözəl fürsət olduğu bildirilib, Azərbaycan dövlətinin idmanın inkişafına diqqət və qayğısı, sağlam cəmiyyətin qurulmasında nailiyyətləri yüksək qiymətləndirilib. Rumıniyanın bu idman yarışına böyük heyətlə qatıldığı diqqətə çatdırılıb.
Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov Avropa Oyunlarının idmançıların özlərini sınamaları və Bakının bu kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi istiqamətində daha böyük təcrübə qazanması istiqamətində mühüm addım olacağını bildirib. Diplomat Azərbaycanın Avropa və dünya miqyaslı yarışları ən yüksək səviyyədə keçirməsini beynəlxalq idman cəmiyyətinə sübut etdiyini vurğulayıb. F.Abdinbəyov Azərbaycanda yaradılan Olimpiya kompleksləri, ölkədə gənclərin idmana marağının artması, Azərbaycan dövlətinin gənclərə qayğı və qayğısını xüsusi vurğulayıb.
Azərbaycan Milli Olimpiya Komitəsinin və Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Nurullayeva Avropa Oyunlarının yaranması tarixi, mahiyyəti, məqsədi, burada təmsil olunan idman növlərinin sayı barədə məlumat verib. O, bu Oyunların keçirilməsi üçün məhz Bakı şəhərinin seçilməsinin səbəbləri barədə danışıb. Azərbaycanın hər zaman bu cür yüksək səviyyəli tədbirlər keçirməyə hazır olduğunu vurğulayıb.
Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin tədbir iştirakçılarına videomüraciəti təqdim olunub. Patrik Hikki ilk Avropa Oyunlarının təqdimatı ilə bağlı Rumıniyada keçirilən tədbiri yüksək qiymətləndirib. O, “Bakı-2015” Avropa Oyunları ilə bağlı yaradılan Təşkilat Komitəsinə, aparılan yüksək səviyyədə işə görə təşəkkürünü bildirib.
P.Hikki qeyd edib ki, adətən Olimpiya Oyunlarına hazırlıq 7 il çəkir, amma Azərbaycan 3 ildən az bir vaxtda bu işin öhdəsindən gəldi. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, birinci xanım, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın dəstəyi sayəsində əldə olunan nailiyyətləri xüsusi vurğulayıb. P.Hikki Avropa Oyunlarında iştirak edəcək idmançılara, eləcə də rumın idmançılarına uğurlar arzulayıb.
Təqdimat mərasimindən sonra Rumıniya Milli Olimpiya Komitəsində ziyafət verilib.
Tədbir Rumıniya KİV-lərində, eləcə də TVR1 televiziya kanalında, Agerpres milli xəbər agentliyinin video portalında işıqlandırılıb.
-
Hadisə09:36
Vahid Mustafayevin mağazasından 330 minlik saat oğurlandı
-
Region09:16
Paşinyanın komandasında istefa ardınca istefa: Vardanyan da getdi
-
ABŞ09:00
Mask pilotsuz robotaksini TƏQDİM ETDİ: Bu qiymətə olacaq - VİDEO
-
Magazin108:12
Xoşqədəm Almaniyada belə dincəlir - FOTO
-
Magazin105:15
Elşənin verilişindən ilk görüntülər - VİDEO
-
Səhiyyə04:44
Stomatoloji poliklinikadan görün nə oğurladılar - ANBAAN GÖRÜNTÜLƏR
-
Avropa03:13
Daha iki ölkə arasında VƏZİYYƏT GƏRGİNLƏŞDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Emosiyalarınızı idarə etmək çətinləşəcək