İdman
Suares yenə kimisə dişləyib? - VIDEO
“Barselona”nın hücumçusu Luis Suares Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Siti” ilə keçirilən oyunda müzakirə olunan kadrla bağlı danışıb.
Publika.az xəbər verir ki, Suares Demiçelisi dişləmədiyini, İngiltərə mətbuatının ona qarşı kampaniya apardığnı bildirib:
“Demiçelislə nə baş verib? Sübutlar var ki, o əlini mənim boğazıma qoyur. İngiltərə mətbuatı həmişə mənimlə bağlı nəsə axtarır, nüfuzuma xələl gətirmək istəyir. Dünya çempionatından sonra diskvalifikasiya ilə üzləşərkən, mənimlə “barras bravas”ın (Cənubi Amerikada radikal azarkeşlər) üzvündən də pis rəftar etdilər. Bu, mənim karyeramda baş verən ən pis hadisə idi. Bunu heç vaxt unutmayacam”.
“Siti” ilə qarşılaşmada Suares təkcə dublla yox, Martin Demiçelislə insidentə görə də diqqət mərkəzinə düşmüşdü. Kadrlarda Suareslə yanaşı qaçan Martinin qolunu onun ağzına tərəf uzatdığı görünür. Uruqvaylının isə Demiçelisin qolunu dişləmək istədiyi görüntüsü yaranır. UEFA bu epizoda görə Suaresə cəza tətbiq etməyəcək. Çünki görüşün baş hakimi Feliks Brıx hesabatında bu epizodla bağlı heç nə qeyd etməyib.
Suares dünya çempionatında İtaliya yığmasının müdafiəçisi Corco Kyellinini dişlədiyinə görə, 4 ay diskvalifikasiya olunmuşdu.
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc