Böyük, yoxsa kiçik “gəzinti”?
Bizi izləyin

İdman

Böyük, yoxsa kiçik “gəzinti”?

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarına dünən start verildi. Madrid derbisində “Atletiko” və “Real” “sülh” bağladısa (0:0), “Yuventus” “Monako”nu Turindən məğlubiyyətlə (0:1) yola saldı. Qalan iki oyun da bu gün keçiriləcək. “Bavariya” Portuya, “Barselona” Parisə səfər edəcək. Kağız üzərində favoritlər bəllidir. Bu səfərin favoritlər üçün böyük, yoxsa kiçik “gəzinti” olacağını 90 dəqiqədən sonra biləcəyik.

"Bavariya" "əjdaha" yuvasında

Çempionlar Liqası. 1/4 final, ilk oyun

23:45 Portu (Portuqaliya) – Bavariya (Almaniya)

Stadion: "Draqao".

Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya).

TV: İdman Azərbaycan, NTV+futbol 2.

Cəzalı: Markano (Portu).

Zədəli: Telyo, Cekson Martines (şübhəli) - Alaba, Benatiya, Riberi, Robben, Xavi Martines, Şvaynştayger, Ştarke.

Həm "Bavariya", həm də "Portu" öz qrupundan lider kimi mərhələ adlamışdı. "Bavariya" Bundesliqada izləyicilərini bir xeyli qabaqladığından "Portu"yla matça rahat hazırlaşır. "Əjdahalar" isə almanlarla oyundan öncə Portuqaliya çempionatında lider "Benfika"dan 3 xal geri qalır. Həm portuqaliyalılar, həm də almanlar 1/8 final mərhələsini çətinlik çəkmədən adlayıblar. "Bavariya" Ukrayna "Şaxtyor"unu, "Portu" isə "Bazel"i darmadağın edərək adını 1/4 finala yazdırıb. “Portu” və “Bavariya”nın yolları 4-cü dəfə kəsişir.

"Bavariya"nın ÇL-dəki çıxışı

Qrup mərhələsi

Bavariya - Mançester Siti 1:0

ÇSKA - Bavariya 0:1

Roma - Bavariya 1:7

Bavariya - Roma 2:0

Mançester Siti - Bavariya 3:2

Bavariya - ÇSKA 3:0

1/8 final

Şaxtyor - Bavariya 0:0

Bavariya - Şaxtyor 7:0

“Portu”nun ÇL-dəki çıxışı

Qrup mərhələsi

Portu - BATE 6:0

Şaxtyor - Portu 2:2

Portu - Atletik 2:1

Atletik - Portu 0:2

BATE - Portu 0:3

Portu - Şaxtyor 1:1

1/8 final

Bazel - Portu 1:1

Portu - Bazel 4:0

İbrasız PSJ-nin "Barselona" sınağı

Çempionlar Liqası. 1/4 final, ilk oyun

23:45 PSJ (Fransa) – Barselona (İspaniya)

Stadion: "Park de Prens".

Baş hakim: Mark Klattenburq (İngiltərə).

TV: Az.TV, NTV (Rusiya), NTV+futbol 1.

Cəzalı: İbrahimoviç, Verratti, Orye - Daniel Alveş.

Zədəli: David Luis, Motta - Vermalen.

Bu komandalar bir-birinə çox tanışdır. Belə ki, Çempionlar Liqasının cari mövsümündə bu klublar bir qrupda yer almışdılar. Parisdəki ilk oyunda meydan sahibləri 3:2, Barselonadakı matçda isə katalonlar 3:1 hesabıyla qalib gəlmişdilər. Bir il əvvəl isə 1/4 finala təsadüf edən duelin taleyini “Barselona”nın səfərdə daha çox qol vurması həll etmişdi – 2:2, 1:1.

Bu komandalar arasında 1/4 finalın ilk oyununda parislilər əsas hücumçusu Zlatan İbrahimoviçin xidmətindən istifadə edə bilməyəcək. Belə ki, isveçli hücumçu "Çelsi"ylə 1/8 finalın cavab oyununda qırmızı vərəqə aldığından katalonlarla ilk oyunu buraxmalı olacaq. Ancaq parislilərin "Zadəganlar"ın öhdəsindən Zlatansız gəldiyini nəzərə alsaq, PSJ-nin bu itkidən o qədər də əziyyət çəkməyəcəyi görünür. Hər iki komanda öz ölkəsinin lideridir. PSJ ən yaxın izləyicisi "Lion"u 1 xal, "Barselona" isə "Real"ı 2 xal qabaqlayır.

PSJ-nin ÇL-dəki çıxışı

Qrup mərhələsi

Ayaks - PSJ 1:1

PSJ - Barselona 3:2

APOEL - PSJ 0:1

PSJ - APOEL 1:0

PSJ - Ayaks 3:1

Barselona - PSJ 3:1

1/8 final

PSJ - Çelsi 1:1

Çelsi - PSJ 2:2 (əlavə vaxtda)

“Barselona”nın ÇL-dəki çıxışı

Qrup mərhələsi

Barselona - APOEL 1:0

PSJ - Barselona 3:2

Barselona - Ayaks 3:1

Ayaks - Barselona 0:2

APOEL - Barselona 0:4

Barselona - PSJ 3:1

1/8 final

Mançester Siti - Barselona 1:2

Barselona - Mançester Siti 1:0

Oxumağa davam et
Reklam
Reklam

Gündəm