İdman
Hacıəhmədov Ağayar Axundzadə ilə “duel”də qalib gəldi
Cüdo üzrə kişilərdən ibarət Azərbaycan millisinin Hacıağa Hacıəhmədova tapşırılması rəsmiləşib.
Publika.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin bu gün baş tutan iclasında bütün yaş qrupları üzrə komandaların məşqçilər korpusunun tərkibi açıqlanıb. Əsas yığmamızda Hacıəhmədova Əli Dərvişovla Mehman Əzizov kömək edəcək.
Qadınlardan ibarət millimiz İbadulla Şabanova tapşırılıb. Peter Zayzenbaherin vaxtında əsas yığmada işləyən Fərhad Məmmədov yenidən gənclərlə işləyəcək. Amma o, baş məşqçi funksiyasını yerinə yetirəcək. Məmmədova əsas komandaya cüdoçu yetişdirmək üçün Elçin İsmayılov yardım edəcək.
Yeniyetmələrdən ibarət komandamızın məşqçilər korpusunda isə dəyişiklik olmayıb. Millidə yenə Rəşad Məmmədov baş məşqçi, Rəşad Həsənov köməkçi məşqçi qismində fəaliyyət göstərəcək.
Eyni zamanda, yeni komandada millimizin sabiq baş məşqçisi Ağayar Axundzadə də yer alacaq. O, texniki direktor vəzifəsini icra edəcək. Komanda Hacıəhmədovun rəhbərliyi altında ilk yarışa gələn ay çıxacaq. Cüdoçularımız martda 2 Qran-pri turnirində gücünü sınayacaq. Qeyd edək ki, Hacıəhmədov yığmamızda avstriyalı Peter Zayzenbaheri əvəzləyib.
-
Sosial22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO