İdman
PFL rəsmisindən qarğış: “Ay Allah, qurban olum, qol-zad olmasın”
Bu gün Azərbaycan Premyer Liqasında olduqca prinsipal qarşılaşma-“Neftçi”-“Qarabağ” oyunu keçiriləcək.
Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev sosial şəbəkədə bu qarşılaşma ilə bağlı maraqlı status paylaşıb. Oyun haqda 3 nəfərin- “Qarabağ”ın mətbuat xidmətin rəhbəri Nurlan İbrahimovun, “Neftçi”nin mətbuat katibi Gündüz Abbaszadənin və özünün düşündüklərini paylaşıb. Publika.Az A.Şahgəldiyevin şərhini diqqətinizə çatdırır:
Gündüz Abbaszadə: “Ay Allah, bir dənə bu gün “Qarabağ”ı udaq, qoy çempion eləyə bilməsinlər onları. Bir dənə udaq, heç nə istəmirəm. Elə sevinəcəm, elə sevinəcəm, nətəriii!”
Nurlan İbrahimov : “Bu oyunu udsaq sevincimdən
uçacam eyy! Gündüzə nə acıq verərəm, oyundan sonra gəlib məni
qələbə münasibət ilə təbrik eləyər. Çempionlar Liqası bizi
gözləyirrrrrr. 3 ildir onları çempion eləyirlər. Bu il çempion
olaq, heç nə istəmirəm”.
Aslan Şahgəliyev: “Yeri göyü yaradan, Sənə qurban
olum. Bal alanın da, bal satanın da... Bir dənə bu gün penaltı,
ofsaytdan qol-zad olmasın, yoxsa səhərə kimi işdə qalacam. Axşam ad
gününə getməliyəm. Penalti olsa, yenə tort yeməyə çatacam. Lülə,
tikə, dana basdırması istəyirəm”.
Aygün İlqarqızı
-
Ekologiya07:17
Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Avto04:44
Adam kimi dil bilən, söz anlayan avtomobil YARADILDI
-
Magazin103:43
Nanə Vyetnamda belə dincəlir - FOTO
-
Magazin202:12
Məşhur qadın reper narkotiklə saxlanıldı - VİDEO
-
Sosial01:41
Cəbrayılın dörd kəndindən yeni görüntülər - VİDEO
-
Region01:11
Bu mərkəzə Rəisinin adı verildi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: təlaşlarınızla bağlı suallara cavab tapa bilərsiniz
-
MDB25 May 23:48
Məşhur milyarderdə yenidən XƏRÇƏNG AŞKARLANDI - Altı ay ömrü qalıb - FOTO