İdman
“Real” Çempionlar Liqasının daimi sakininə çevrilib
İspaniya çempionatında “Barselona”yla çempionluq mübarizəsini davam etdirən "Real" yeni rekorda imza atıb.
Publika.az xəbər verir ki, "Kral klubu" cari mövsümdəki nəticədən asılı olmayaraq, ardıcıl 19-cu dəfə Çempionlar Liqasında iştirak hüququ qazanıb.
"Real"ın Avropanın ən nüfuzlu klub turnirində iştirakı La Liqanın 34-cü turunda "Rayo Valyekano" və "Valensiya" komandalarının qarşılaşmasından sonra rəsmən dəqiqləşib. Səfər görüşündə aktivinə bir xal yazan "Valensiya"nın qarşıdakı 4 turda maksimum nəticə göstərsə belə, hazırda ikinci pillədə qərarlaşan "Real"a çatmaq imkanı yoxdur.
Madridlilərin ən nüfuzlu klub turnirinə ölkə çempionu və ya gümüş medalın sahibi kimi yollanacağı qarşıdakı turlarda məlum olacaq.
Qeyd edək ki, İspaniya La Liqasında mövsümün bitməsinə 4 tur qalıb. 34 turdan sonra “Barselona” 84 xalla liderdir. 82 xal toplayan “Real” kataloniyalıları qarabaqara izləyir. “Atletiko” isə 75 xalla 3-cü pillədədir. Aktivində 69 xal olan “Valensiya” “Sevilya”yla 4-5-ci yerləri bölüşür.
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO