İdman
“Tour d`Azerbaidjan-2015” başa çatıb - FOTO
Bu gün ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr
olunan “Tour d`Azerbaidjan-2015” beynəlxalq veloyürüşü başa
çatıb.
Ölkəmizi bu mötəbər turnirdə təmsil edən “Synergy Baku Cycling
Project” kontinental komandasının rəqibləri arasında 4
prokontinental, 15 kontinental və 4 milli komanda olub. Bunlar
“Drapac Professional Cycling” (Avstraliya), “Androni Giocattoli”
(İtaliya), “RUSVELO” (Rusiya), “Team Novonordisk” (hamısı
prokontinental) və “Airgas Safeway Cycling Team” (ABŞ),
“Adria-Mobil” (Sloveniya), “An Post-Chain Reaction” (İrlandiya),
“LEOPARD Development Team” (Lüksemburq), “Giant-Champion System”
(Çin Xalq Respublikası), “Tusnad” (Rumıniya), “MLP Team
Bergstrasse” (Almaniya), “Banska Bystrica” (Sloveniya), “Torku”
(Türkiyə), “CCN Cycling Team” (Laos), “Hrinkow Advarics”
(Avstriya), “Parkhotel Valkenburg” (Niderland), “Dukla Praha”
(Çexiya), “MINSK” (Belarus), “Cycling Academy Team” (İsrail), “Team
Tavira” (Portuqaliya) (hamısı kontinental) komandaları, habelə
Macarıstan, Estoniya, Yunanıstan və Qazaxıstanın milli
komandalarıdır.
Bu mötəbər yarışlarda komandamızı Elçin Əsədov, Maksim Averin,
Samir Cəbrayılov, Matey Muqerli, Yannis Tamuridis və Aleksandr
Surutkoviç təmsil ediblər.
Mayın 10-da paytaxt küçələrində veloturun 144 kilometr məsafəni
əhatə edən yekun mərhələsi keçirilib.
“Rusvelo” komandasının təmsilçisi Sergey Firsanov yekun mərhələnin
qalibi olub. Qazaxıstan yığmasının üzvü Aleksandr Şuşemoin finişə
ikinci, “Synergy Baku” təmsilçisi M.Muqerli isə üçüncü gəlib.
“Adria Mobayl” komandasından Primoj Roqlits ümumi hesabda lider
olub. Onun ardınca Yasper Oskeloyen (“Parkotel Valkenburq”), Matey
Muqerli (“Synergy Baku”) gəlirlər.
Ümumilikdə velotur iştirakçıları beş mərhələdə ərzində 867 kilometr
məsafə qət ediblər.
Yarışların yekunlarına görə, komanda hesabında birinci yeri
Azərbaycanın “Synergy Baku” komandası tutub.
“Synergy Baku”nun şərəfini qoruyan A.Surutkoviç ən yaxşı dağ
yürüşçüsü kimi qırmızı mayka, “Adria Mobayl” komandasından Marko
Kump ən yaxşı sprinter kimi yaşıl mayka, “Dukla”nın nümayəndəsi
Frantişek Sisr ən yaxşı gənc veloyürüşçü kimi yasəməni mayka, “Tour
d`Azerbaidjan-2015” veloturunun ən yaxşı veloyürüşçüsü olmuş
P.Roqlits (“Adria Mobayl”) isə mavi mayka alıb.
"Synergy Baku"nun üzvü M.Averin veloturun ən yaxşı azərbaycanlı
iştirakçısı olub.
İdmançılara mükafatları veloyürüşün Təşkilat Komitəsinin sədri,
Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib
Ələkbərov təqdim edib.
-
Magazin102:19
Aygün Kazımova qeyri-adi saç düzümündə - FOTOLAR
-
Elm və təhsil01:51
Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı
-
Hadisə01:10
Xəzərdə zəlzələ oldu
-
Qoroskop00:13
Günün qoroskopu: Pul məsələlərində risklərdən qaçın!
-
Magazin111 Oktyabr 22:17
Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu - FOTO
-
Kriminal11 Oktyabr 22:04
Xocavəndin hərbi komissarı həbs edildi - RƏSMİ/YENİLƏNDİ
-
İdman11 Oktyabr 21:59
Millimiz Estoniyaya məğlub oldu - VİDEO/YENİLƏNDİ
-
Kriminal11 Oktyabr 21:52
Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı