Gənc kikboksçular İsmayıllıda bir araya gələcək
Bizi izləyin

İdman

Gənc kikboksçular İsmayıllıda bir araya gələcək

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin vahid idman təqvim planına əsasən 26-27 may 2015-ci il tarixlərində Azərbaycan Kikboksinq Federasiyası kikboksinq üzrə Gənclər və Yeniyetmələr arasında Azərbaycan Birinciliyi keçirəcək.

Bu barədə Publika.az-a Kikboksinq Federasiyasından məlumat verilib.

"İsmayıllı" Olimpiya Kompleksində baş tutacaq yarış “narkomaniya və uşaq cinayətkarlığına qarşı“ adı altında həyata keçiriləcək.

Məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandıran Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev bu kimi yarışların yeniyetmələr və gənclər arasında kikboksinq idman sahəsinə marağın yaranmasına səbəb olduğunu qeyd edib.

“Məqsəd gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, narkomaniyaya “yox” demək və gənclərin pis vərdişlərdən uzaq durmasına kömək etməkdir. Cənab prezidentin idman siyasətinə dəstək olaraq belə yarışları müntəzəm olaraq keçirməyi planlaşdırırıq. Eyni zamanda, qarşıdan gələn Bakı 2015 I Avropa Oyunları haqqında məlumatlar veriləcək”, - deyə federasiya rəhbəri bildirib.

Xatırladaq ki, komandaların gəlmə və çəki günü 25 may 2015-ci il tarixində saat səhər 10:00-dan 15:00-dək Azərbaycan Kikboksinq Federasiyasının Təlim Məşq Bazasında (Ünv: Tofiq Bəhramov adına Respublika stadionunun yanı) baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm