İdman
Karateçilərimiz Qətərə niyə gedib?
Birinci Avropa Oyunlarında iştirak edəcək karate üzrə milli komandamızın 12 üzvündən 8-i Dohada IV Beynəlxalq turnirdə iştirak etmək üçün Qətərin paytaxtına yola düşüb.
Publika.az xəbər verir ki, idmançılarımızın Avropa Oyunları ərəfəsində bu yarışda iştirak etməsi barədə qərarı baş məşqçi Rəhman Hətəmov qəbul edib. Doha turnirində 32 ölkədən 150 nümayəndə mübarizə aparacaq.
Azərbaycan Milli Karate Federasiyasının Prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə bu yarışda Azərbaycanı Firdovsi Fərzəliyev (60 kq-a qədər ), Ayxan Mamayev (84 kq-a qədər), Şahin Atamov (84 kq-dan yuxarı), Nuranə Əliyeva (50 kq-a qədər), İlahə Qasımova (55 kq-a qədər) və Fəridə Əbiyeva (61 kq-a qədər) təmsil edəcəklər, Tural Balcanlı və Ədilə Qurbanova isə kata yarışlarında birincilik uğrunda mübarizə aparacaqlar.
Baş məşqçinin köməkçisi, kumite üzrə böyük məşqçi Rəşad Hüseynov, kata üzrə böyük məşqçi Vahid Ayvazov və Şahin Xudaverdiyev (hakim qismində) də Dohaya yola düşəcəklər.
-
Nəqliyyat23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin123:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI