İdman
"Qəbələ" ukraynalı futbolçu ilə müqavilə imzaladı
2015/16 mövsümünün hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” futbol klubu növbəti transferini gerçəkləşdirib.
Publika.az klubun saytına istinadən xəbər verir ki, Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub və Sergey Zenyovu heyətinə qatan “qırmızı-qaralar” daha bir legioner transferini reallaşdırıb.
Komanda Ukrayna milli komandasında çıxış etmiş Aleksey Antonovla 2 illik müqavilə imzalayıb. 29 yaşlı hücumçu “Qəbələ” ilə münasibətlərini Ərzurumda rəsmiləşdirib.
Ukraynalı legionerin son klubu Qazaxıstanın “Aktobe” komandası olub. O, 2014-cü ilin iyununda bu kluba keçib. Bunadək isə vətənində, həmçinin Rusiyanın “Kuban” klubunda çıxış edən hücumçu “Dnepr” klubunun yetirməsidir. 2002-2004-cü illərdə bu klubun 2-ci komandasında forma geyən A.Antonov sonradan 3 il “Kuban”ın şərəfini qoruyub. Hücumçu Ukraynada “Metallist” (2007-2010), “Zarya” (2008-2009, icarə əsasında), “İliçevets” (2010-2011), “Dnepr” (2011-2013), “Krivbass” (2012-2013, icarə əsasında), “Çernomorets” (2013-2014) komandalarında oynayıb.
Ukraynanın U-17, U-19 və U-21 yığmalarında çıxış etmiş A.Antonov əsas yığmada 2 matç keçirib.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi