İdman
"Milliyə yaxşı futbolçular cəlb etməyə çalışıram"
"Xorvatiya yığmasına Bakıda asan olmayacaq. Azərbaycan yığması artıq başqa komandadı, indi tam fərqli oyun sərgiləyir. Əlbəttə, hamımız başa düşürük və bilirik ki, Xorvatiya favoritdi. Amma yenə də deyirəm ki, onlara asan olmayacaq".
Bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki
deyib.
Xorvatiya mətbuatına danışan mütəхəssis Azərbaycan və Xorvatiya
çempionatlarını müqayisə edib: "Azərbaycan Premyer Liqası demək
olar ki, Xorvatiya çempionatı ilə eyni səviyyədədi. İnfrastruktur
çox yaxşıdı. Mənim üçün yığma ilə AVRO-2020-nin final mərhələsinə
vəsiqə qazanmaq çox əla ssenari ola bilər. Çünki qitə
birinciliyinin dörd oyunu məhz Bakıda keçiriləcək".
Prosineçki Azərbaycandakı həyatından da söz açıb: "Bakıda ailəmlə
birgə yaşayıram. Yerli çempionatın oyunlarına gedirəm. Milliyə ən
yaxşı futbolçuları cəlb etməyə çalışıram. Komandada əla atmosfer
yaratmağa nail olmuşuq. Azarkeşlər yenidən yığmaya inanmağa
başlayıblar. Təbii ki, onlar komandanın seçmə mərhələyə ardıcıl
dörd məğlubiyyətlə başlayacağını gözləmirdilər. Məhz bu
məğlubiyyətlərdən sonra komandaya inam azalmışdı. Son oyunlarda
sərgilədiyimiz futbol və qazandığımız nəticələrlə bu inamı yenidən
artırmağa nail olmuşuq".
Xorvat mütəхəssis Bakını tərifləyib: "Bakı möcüzəli, müasir
şəhərdi, insanları çox gözəldi. Burada yeni tikililər çofxdu. Bu da
yerli infrastrukturu yaxşılaşdırmaq üçün çoxlu investisiyanın
yatırılmasından xəbər verir".
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO