İdman
Badmintonçular oyun təəssüratlarını bölüşüblər
Birinci Avropa Oyunlarında kişilər arasında qrup yarışlarında türkiyəli badmintonçular Əmrə Vural-Sinan Zorlu cütlüyü ilə mübarizədən məğlub ayrılan təmsilçilərimiz Kənan Rzayev-Orxan Qələndərov dueti oyun təəssüratlarını Publika.az-a bölüşüblər.
Orxan Qələndərov bildirib ki, qrup oyunlarında Azərbaycan
təmsilçilərini Rusiya və Fransa gözləyir: “Rusiya turnirin
favoritidir, final döyüşünə layiq komandadır. Türkiyəyə ilə
qarşılaşma cütlər arasında mübarizədə ilk oyunumuz idi. Doğma
meydanda çıxış etmək, millətimiz qarşısında mübarizə aparmaq
həyəcanverici idi. Birinci hissədə həyəcan özünü çox biruzə verdi.
İkinci hissədə özümüzü toparlayıb əlimizdən gələni elədik, təəssüf
ki, məğlub olduq”.
O.Qələndərov fərdi yarışlarda iştirak etməyəcək. Fərdi yarışlarda
ölkəmizi yalnız Kənan Rzayev təmsil edəcək.
Bunun səbəblərinə K.Rzayevin özü aydınlıq gətirdi: “Əslində ölkələr
lisenziya ilə yarışmaya qatılıb. Azərbaycana Avropa Oyunlarına ev
sahibliyi etdiyi üçün 2 yer ayrılır. Son 3 ay təlim-məşqlərdə var
gücümüzlə çalışmışıq, amma lisenziya ilə gələn rəqiblərimizin hər
biri dünyada seçilmiş idmançılardır. Onlar da burada Rio de
Jeneyrodakı yarışmaya düşmək üçün gəliblər”.
Kənan Rzayevin sözlərinə görə, 16 cütlük arasında mübarizədə
Azərbaycan badmintonçularının payına rus və fransızlar düşüb:
“Fransalılar bu gün ruslarla oynadılar, məğlub oldular, amma heç də
ruslardan geri qalmırlar. Lakin Rusiya və Danimarka təmsilçiləri
yarışın favoritidir. Çalışacağıq ki, var gücümüzü ortaya
qoyaq”.
Azərbaycanlı idmançı məğlubiyyətin səbəbini təcrübəsizlik,
beynəlxalq yarışlarda az iştirakla bağlayır: “Biz ümumiyyətlə, il
boyu beynəlxalq yarışlarda çox az iştirak edirik. Ab-havaya çox
az-az düşürük. Avropa Oyunları ilk dəfə Azərbaycanda keçirilir,
ailəmiz, dostlarımız arenaya gəlib bizə tamaşa edir, bu da bizi
həyəcanlandırmaya bilməz. Belə ab-havada özümüzü itiririk. Sabah
fərdi yarışda Malta təmsilçisi ilə görüşəcəyəm, ümid edirəm ki, ona
qalib gələcəyəm”.
O, Badminton Federasiyasının yeni prezidenti Mikayıl Cabbarovun
yarışların keçirildiyi Bakı İdman Zalına gəlib türkiyəli
badmintonçularla mübarizələrini izləməsinə də münasibətini
açıqlayıb: “Mikayıl müəllim öz çıxışlarında bildirmişdi ki, dəstək
üçün Bakı İdman Zalına gəlib bizi izləyəcək. Dəstəyə görə ona
minnətdarıq. Federasiyanın eks-prezidenti Kamal Abdullaya da
təşəkkür edirik, sağ olsunlar gəlib bizə dəstək oldular. İnşallah
çalışağacağıq ki, Badminton Federasiyasının yeni prezidenti ilə
əl-ələ verib bu idman növünü sıfırdan, məktəblərdən
başlayaq”.
Türkiyəli idmançıların da təəssüratlarını öyrəndik.
Sinan Zorlunun sözlərinə görə, dostla yarışmaq çətindir, amma
nəticədə dostluq qazandı: “Məncə azərbaycanlılarla yaxşı bir yarış
keçirdik. Sabah bizi daha çətin yarışma gözləyir, Rusiya
təmsilçiləri ilə mübarizə aparacağıq”.
Avropa Oyunlarının təşkilatçılığına toxunan türkiyəli badmintonçu
qeyd edib ki, bütün işlər yüksək səviyyədə təşkil olunub: “İlk
dəfədir belə təşkilatçılığı olan turnirdə iştirak edirəm. Türkiyə
ilə Azərbaycanın heç bir fərqi yoxdur. İnsanlar çox
mehribandır”.
Əmrə Vural söyləyib ki, Azərbaycan və Türkiyə qardaş ölkə olduğu
üçün mübarizədə dostluq qalib gəlib: “İdman centlmenliyi adı
altında gözəl bir matç keçirdik, inanıram ki, tamaşaçılar böyük
zövq aldılar”.
-
İdman23:40
Qurban Qurbanov: "Qorxacaq, çəkinəcək bir şey yoxdur"
-
Nida Xəbər 18:51
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
-
Rəsmi xronika18:32
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
-
Enerji17:19
Neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik: Hərbi-siyasi gərginlik olduqca...
-
Sosial16:16
Allahşükür Paşazadənin, Ramil Usubovun evində işləmiş qadın: "Haqqımı halal etmirəm"
-
Hadisə15:47
Bakı metrosunda qatar yoluna düşən sərnişin vəfat etdi - VİDEO
-
Rəsmi xronika15:30
İlham Əliyev Zəngilana getdi - YENİLƏNDİ
-
Cənubi Qafqaz15:07
Qərbi Azərbaycana qayıdış sülh müqaviləsinə daxil edilib? - Rəsmi açıqlama