"Whatsapp"-la bağlı PİS XƏBƏR
Bizi izləyin

İKT

"Whatsapp"-la bağlı PİS XƏBƏR

Avropa Birliyi "Whatsapp"-ın satın alınmasından sonra etdiyi açıqlama ilə hər kəsi çaş-baş salıb.

Avropa Birliyi "Whatsapp"-ın satın alınmasından sonra etdiyi açıqlama ilə hər kəsi çaş-baş salıb.

Avropa Birliyi satınalma əsnasında "Facebook"-un verdiyi sözü tutmadığını iddia edir.

"Facebook"-un 2014-cü ildə 22 milyard dollar qarşılığında sahib olduğu Whatsapp hələ də Avropa Birliyi komissiyası tərəfindən yoxlanır. Belə ki, 2014-cü ildə Facebook AB tənzimləyici təşkilatına iki şirkət arasında müştəri məlumatlarının paylaşılmayacağı və istifadəçi hesablarının birləşməyəcəyi haqda söz veribmiş.

"Whatsapp" avqust ayından etibarən bu sözün əksinə telefon nömrələri və profil adlarını Facebook-la paylaşmağa başladı. Avropa Birliyi Komissiyası da avqust ayından etibarən Facebook-un verdiyi sözü tutmamasını əsas gətirərək sosial şəbəkə "nəhəngini" günahlandırır. Facebook-dan Avropa Birliyi Komissiyasına 2017-ci ilin 31 yanvarı tarixinə qədər cavab və özünümüdafiə açıqlaması verilməlidir. Əgər "Facebook" bu tarixə qədər heç bir şey etməzsə, Avropa Birliyi Komissiyası cəza olaraq "Facebook"-a illik gəlirinin 1%-i, yəni təxminən 170 milyon dollar həcmində cəza kəsəcək. (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm