Space TV-də QALMAQAL: iki məşhur aparıcı ÜZ-ÜZƏ (YENİLƏNDİ)
Bizi izləyin

İKT

Space TV-də QALMAQAL: iki məşhur aparıcı ÜZ-ÜZƏ (YENİLƏNDİ)

Afət Telmanqızının telekanalda Xəbərlər departamentinə baş redaktoru təyin edilməsi və onun ətrafında yaranan qalmaqal barədə yazılanlar həqiqəti əks etdirmir.

Bu sözləri Publika.az-a açıqlamasında “Space” telekanalının icraçı direktoru Kamil Şahverdiyev deyib.

O, hazırda telekanalın Xəbərlər departamentinin baş redaktoru vəzifəsinə heç bir təyinatın olmadığını bildirib:

“Həmin vəzifəni heç kim icra etmir. Hələ ki, bu vəzifəyə hər hansı təyinat olmayıb. Afət Telmanqızı departamentə baş redaktorun müavini vəzifəsinə təyin edilib. Azadə Balayeva xəbərlər departamentində buraxılış redaktoru vəzifəsini icra edir. O, bu vəzifəyə təyin edildə, bəzi saytlarda baş redaktor vəzifəsinə təyin edildiyi kimi yanlış məlumat yazılmışdı. Həmin yalan məlumat əsasında bu gün belə bir xəbər hazırlanıb”.

Afət Telmanqızının baş redaktorun müavini vəzifəsinə təyin edilməsinin Xəbərlər departamentində hər hansı qalmaqala səbəb olmasına gəldikdə, K.Şahverdiyev bunun da yalan məlumat olduğunu dedi: “Afət Telmanqızı ilə Azadə Balayeva 10 ildir rəfiqədirlər, onlar arasında belə hal yaşana bilməz. Kim ağlına nə gəlir yazır. Onlar uzun müddət bir yerdə işləyiblər. Bu xəbərlərə cavab verməyə söz belə tapmaq olmur”.

Gülxar

***

Space TV-nin prezidenti Vaqif Mustafayev fəaliyyəti dayandırılmış ANS telekanalının keçmiş əməkdaşı Afət Telmanqızını xəbərlər departamentinə yeni baş redaktor təyin edib.

O, bu vəzifədə Azadə Balayevanı əvəzləyib.

A.Balayeva V.Mustafayevin qərarını etirazla qarşılayıb və şirkətdən getmək barədə ərizə yazıb.

Qeyd olunur ki, hazırda xəbərlər departamenti iki cəbhəyə ayrılıb. Hətta bir neçə gün öncə istefa vermiş baş redaktor Elman Gədiklinin geri dönməsini istəyənlərin də olduğu deyilir.

Qeyd edək ki, A.Baleyeva uzun müddət ANS telekanalında çalışıb. O, bir neçə gün öncə Elman Gədiklinin yerinə təyin edilmişdi. (ölkə.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm