İKT
“Feysbuk”dan SƏRT ADDIM: 1 milyondan çox hesab...
“Facebook” hər gün 1 milyondan çox hesabı bloklayır.
Publika.az xəbər verir ki, dünyanın ən böyük sosial şəbəkəsi olan "Facebook" hər gün spam, fırıldaqçılıq və ya ədavət salan nəşrlərə görə 1 milyondan çox hesabı bloklayır. Bu haqda sosial şəbəkənin təhlükəsizlik xidmətinin direktoru Aleks Stamos məlumat verib. O etiraf edib ki, istifadəçilər arasında əlaqələrin sayını nəzərə alaraq şirkət bütün təhlükələri aradan qaldıra bilmir, bəzən isə "Facebook"un qaydalarını pozmayan nəşrlər və videoçarxlar sosial şəbəkədən silinir.
"Facebook"un nümayəndəsi, həmçinin xatırladıb ki, sosial şəbəkə 100-dən çox ölkənin qanunvericiliyini nəzərə alaraq işləməyə məcburdur.
Xatırladaq ki, Avropa İttifaqı bir neçə dəfə ABŞ şirkətini ekstremist məzmunla zəif mübarizədə ittiham edib. Məsələn, 2016-cı ilin dekabrında Avropa Komissiyası "Facebook", "Microsoft" və başqa şirkətlərdən ədavət salan məzmunla aktiv mübarizə aparmağı tələb edib. Qeyd edilirdi ki, əks təqdirdə Avropa İttifaqı tərəfindən qəbul ediləcək qanunverici aktlar şirkətləri öz üzərinə götürülmüş öhdəlikləri icra etməyə məcbur edəcək.
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Emosiyalarınızı idarə etmək çətinləşəcək
-
Sosial10 Oktyabr 23:48
Ali məktəbi yüksək nəticə ilə bitirən gənc QƏFİL ÖLDÜ
-
ABŞ10 Oktyabr 23:24
Məşhur ailənin ən yaşlı üzvü VƏFAT ETDİ - FOTO
-
Magazin110 Oktyabr 23:12
Aygün Kazımovanın bu geyimi görün neçəyədir - FOTO
-
Səhiyyə10 Oktyabr 22:36
Bu xəstəliklər bağırsaq xərçənginə YOL AÇIR
-
İdman10 Oktyabr 22:24
Azərbaycanda televiziya kanalına o rəhbərlik edəcək - FOTO/TƏYİNAT
-
Avropa10 Oktyabr 21:15
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı belə QƏRAR VERDİ
-
Sosial10 Oktyabr 21:05
Əhmədin müzakirələrə səbəb olan məhkəmə qərarı ilə bağlı RƏSMİ AÇIQLAMA