İKT
Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan!
Az öncə ölkənin lider mobil operatoru Azercell Telekom Bakı, Abşeron yarımadası və Gəncədən əlavə, Bərdə, Şəmkir və Lənkəran şəhərlərində 4G şəbəkəsini istifadəyə verməsini elan etdi. İndi isə şirkət həmin bölgələrdə yaşayan abunəçilərinə ən sürətli 4G internetdən yararlanmaq üçün kampaniyaya start verir. Kampaniya çərçivəsində abunəçilər 4G xidmətinə qoşulmaqla 4G sürətini sınamaq üçün 5GB internet hədiyyə qazanacaqlar. 4G xidmətindən istifadə edib yüksək sürətli internetdən faydalanmaq üçün sadəcə müştərinin 4G dəstəkli telefonu, 4G xidmətini dəstəkləyən SİM Kartı olmalı və telefonun seçənəklər bölümündə 4G[LTE] şəbəkəsi seçilməlidir. Sim kartınızda 4G xidmətinin aktiv olmasını yoxlamaq üçün 4G+ yazib 2525 göndərmək kifayətdir.
Kampaniya çərçivəsində 5GB hədiyyə interneti əldə etmək üçün abunəçilərə “4” rəqəmini 2525 qısa nömrəsinə SMS-lə göndərmək kifayətdir. Əgər nömrədə 4G xidməti aktiv deyilsə, abunəçilər Gəncə, Şəmkir, Bərdə və Lənkəranda yerləşən Azercell Müştəri Xidmətləri ofislərinə yaxınlaşaraq 4G şəbəkəsini dəstəkləyən Sim kartları PULSUZ olaraq əldə edəcəklər. Tələsin, kampaniyanın müddəti məhduddur.
Qeyd edək ki, hazırda Azercell ölkədə ən böyük 4G şəbəkəsinə sahibdir. 2017-ci ildə Azercell-in 4G internet istifadəçilərinin sayı ötən illə müqayisədə 5 dəfə artıb, mobil internetdən istifadə həcmi isə 55% çoxalıb. Ötən il ərzində Azercell 4G şəbəkəsini 84.1% gücləndirib. Məlumat üçün bildirək ki, 4G şəbəkəsinin təmin etdiyi inanılmaz yüksək sürət müasir İnternet məkanının təklif etdiyi mobil TV, videokonfrans, onlayn oyun və müxtəlif proqramlardan daha rahat istifadəni mümkün edir. 4G-nin təmin etdiyi yüksəksürətli İnternet xüsusilə də cihazdan-cihaza, M2M xidmətlərinin inkişafına təkan verir. Məlumatların ölçülməsi, toplanılması və ötürülməsinə imkan verən bu texnologiya bank, nəqliyyat, təhlükəsizlik, səhiyyə, kommunal xidmətlər və s. sahələrdə istifadə olunur.
Azercell Telekom davamlı olaraq Azərbaycanın bütün bölgələri boyu 4G şəbəkəsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü