Yeni nəsil "Nokia 6" - DİZAYNI BƏYƏNİLMƏDİ
Bizi izləyin

İKT

Yeni nəsil "Nokia 6" - DİZAYNI BƏYƏNİLMƏDİ

“HMD Global” şirkəti tərəfindən hazırlanan yeni nəsil "Nokia 6" smartfonları Çində istifadəçilərə təqdim edilib.

Publika.az xəbər verir ki, “Nokia 6” smartfonun xarici dizaynı o qədər uğurlu olmasa da, əsas xüsusiyyətləri məlumdur. Smartfonda barmaq izi skaynerləri "LG" modellərində olduğu kimi, arxa panelə keçirilib, əvvəlki seriyada ekranın alt hissəsində qoyulan düymələr isə ləğv edilib.

Bundan başqa smartfon metal korpusa salınıb. Full HD” (1920x1080 piksel) təsvir ölçülü 5,5 düymlük ekran, “Corning Gorilla Glass 3” qoruma şüşəsi, 16 meqapiksellik əsas, 8 meqapiksellik ön kamerası, əvvəlki nəsil modellə müqayisədə daha güclü prosessor, 4 QB əməli yaddaş, 32/64 QB daxili yaddaşla təchiz edilib. 3000 milliamper/saat tutumlu akkumulyator sürətli enerjidoldurma texnologiyasına malikdir.

"Nokia 6" smartfonu “Android 7.1.1 Nougat” mobil əməliyyat sistemi ilə idarə olunur. İki SİM kart, “4G VoLTE”, “Wi-Fi” (802.11 a/b/g/n), “Bluetooth 5”, FM radio dəstəkləyir, USB Type-C portu və qulaqlıqlar üçün 3,5 mm-lik konnektoru mövcuddur. Telefonun ümumi çəkisi 172 qramdır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm