İKT
DİQQƏT! Mobil telefonlar bahalaşa bilər - - FOTO/VİDEO
Milli Məclisdə Dövlət rüsumu haqqında qanuna edilən
dəyişikliklə, ölkəyə gətirilən mobil cihazlara görə rüsum alınacaq.
Bəlkə, vətəndaş xaricdən mobil cihazı özü üçün və ya hədiyyə üçün
gətirir, satmaq məqsədi yoxdur, niyə rüsum ödəməlidir?
Məsələ ilə bağlı ARB TV-nin “Günə
doğru” verilişində maraqlı sujet yayımlanıb.
Ruslan Atakişiyev (iqtisadçı): “Eyni məhsula eyni
adda telefonlar daxil olursa, onların qiymətləri ucuz bazara yol
tapırsa, həmin şirkət mobil bazarda rəqabətə tab gətirə
bilmir”.
Belə çıxır ki, bir telefon bazarda tutaq ki, 250 manatadırsa, sən
eyni markadan olan telefonu ondan ucuz qiymətə sata bilməzsən. Bu,
büdcə üçün yaxşıdır, amma istehlakçı isə ucuz mal istəyir axı,
bəlkə başqa cür nəzarət olsun.
Osman Gündüz (Milli İnternet Forumunun
prezidenti): “Kommersiya məqsədilə gətirilənlərin aşkara
çıxarılması mexanizminin qurulması daha doğru olar. On minlərlə
gətirən insanlar var ki, şəxsi məqsəd üçün gətirir”.
Özü üçün mobil telefon gətirənlər və ya satmaq üçün gətirənlər
məsələsinin müzakirəsi Milli Məclisdə olub. Dövlət Gömrük
Komitəsinin 2017-ci il hesabatına görə, ötən il ölkəyə 800 min
ədədə yaxın mobil cihaz rəsmi qaydada idxal edilib. Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına görə isə
2.8 milyon mobil cihaz qeydiyyata alınıb. Deməli, fərq var, 3.6
dəfə çox fərq. Bu sahədə tənzimlənməni isə rüsum tətbiq etməklə
həll etmək istəyirlər.
Əksəriyyət xarici ölkələrdə bütün mobil cihazlar uçotda olur. Satış
üçün gətirəndə də, şəxsən özün üçün və ya hədiyyə üçün gətirəndə
də, fərqi yoxdur, bütün cihazlar uçota alınır. Satmaq və ya özü
üçün gətirmək məsələsinə isə gömrük və digər qurumlar nəzarət edir,
yəni rüsum tətbiq etmək üsulu yoxdur.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi