"Azercell" 2019-cu ilin ilk Eksklüzivini Zaqataladakı abunəçilərinə təqdim etdi
Bizi izləyin

İKT

"Azercell" 2019-cu ilin ilk Eksklüzivini Zaqataladakı abunəçilərinə təqdim etdi

Ölkənin mobil kommunikasiya sektorunun lideri olan “Azercell Telekom” MMC, yeni konsepsiyalı Eksklüziv mağazalarını ölkə boyu genişləndirərək, abunəçilərinə yüksək xidmət təklif etməkdə davam edir. Şirkət bu ilin ilk Eksklüzivini Faiq Əmirov küçəsi 8 ünvanında Zaqatala sakinlərinin ixtiyarına verib. Beləliklə, ölkə boyunca Azercell Eksklüziv mağazalarının sayı 21 təşkil etdi.

Qeyd edək ki, yeni Eksklüziv mağaza ən müasir avadanlıqla təchiz olunaraq, Nordik konsepsiyasına uyğun şəkildə təşkil edilib. Bu mağazalarda abunəçilər istədiyi məhsulu sınaqdan keçirə, həmçinin onları müqayisə edə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri aktiv etməkdə və digər məsələlərdə müştərilərə peşəkar satıcılar yardım edir. Həmçinin mağazada müştərilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Qeyd edək ki, Eksklüziv ofislərdə nömrənin digər abunəçinin adına rəsmiləşdirməsi və izahlı qaimə əməliyyatı istisna olmaqla, bütün digər Azercell xidmətlərindən faydalanmaq mümkündür.

Azercell Zaqatala şəhərindəki müştəriləri üçün xüsusi kampaniya da keçirir. Belə ki, yanvarın ayının 24-dən etibarən 7 gün ərzində, Zaqatala Eksklüziv mağazasından smartfon alan hər kəs 150 AZN hədiyyə balansı əldə edəcək. Bundan əlavə, 200 müştəriyə xüsusi hədiyyə kuponu təqdim olunacaq ki, bu kuponlar vasitəsilə hər kəs nömrə və aksesuar alışı zamanı 50%-dək endirimdən yararlanmaq imkanı qazanacaq.

Qeyd edək ki, Zaqatala Eksklüziv mağazası, Bazar ertəsi – Şənbə 09:00 – 19:00 (fasiləsiz), Bazar günü 09:00 – 18:00 (fasiləsiz) abunəçilərə xidmət göstərəcək.

Azercellin ofislərinin ünvanları ilə tanış olmaq üçün, https://www.azercell.com/az/contacts/office/ səhifəsinə daxil olun.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm