"Feysbuk"da yüzlərlə qrup, səhifə silindi
Bizi izləyin

İKT

"Feysbuk"da yüzlərlə qrup, səhifə silindi

"Feysbuk" şirkəti İranla bağlı bir neçə yüz əkkaunt və qrupu silib.

Publika.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

"Bu gün biz "Feysbuk" və "İnstaqram"da yanlış fikir formalaşdıran, əlaqələndirilmiş fəaliyyətə cəlb olunan bir çox səhifə, qrup və əkkauntu sildik", - deyə bəyanatda bildirilir.

Bəyanatda profillərin İranla bağlı olduğu və söhbətin hər sosial şəbəkədə silinmiş 780-dən çox səhifə, qrup və əkkauntdan getdiyi qeyd olunur.

Bundan əvvəl də "Facebook" şirkəti İrandan qaynaqlanan 80-dən çox səhifəni silib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm