İKT
“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!
İsti yay günlərini paytaxtdan kənarda keçirmək istəyənlər “Nar Wi-Fi” ilə yüksəksürətli internetə çıxış əldə edə bilər. İstirahət üçün bağa, başqa mənzilə və ya ofisə köçənlər, yaxud evində ənənəvi internetə qoşula bilməyənlərin “Nar Wi-Fi” internet paylayıcısını özləri ilə götürmələri yetərlidir. Qısa müddətdə “Nar Wi-Fi” ilə abunəçinin mənzili 4G şəbəkəsi ilə əhatə olunacaq. Bu avadanlıq sayəsində 30-dan artıq cihaz eyni anda sərfəli qiymətə yüksək sürətli internetə (LTE / 4G) çıxış əldə edir.
İstənilən məkanda sərfəli qiymətə yüksəksürətli internetə çıxış imkanı verməsi və mobil olması “Nar Wi-Fi” istifadəçilərinin sayının artmasına səbəb olub. Belə ki, son üç ayda “Nar Wi-Fi” istifadəçilərinin sayı 180% artıb. Siz də istənilən məkanda “Nar”-ın yüksəksürətli internetindən yararlanmaq istəyirsizsə, “Nar Wi-Fi” cihazını əldə edə bilərsiz. Ruterin satış məntəqələri haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar.
Qeyd edək ki, avadanlığı abunəçinin özü rahat şəkildə quraşdıra bilər. Müvafiq tarifli SIM kartı ruterə daxil etdikdən və enerji mənbəyinə qoşduqdan sonra qurğu avtomatik olaraq işə düşür. Abunəçilər avans ödəniş etməklə həm qurğunu əldə edir, həm də 6 aya qədər internetə çıxış imkanı qazanır. Qeyd edək ki, “Nar Wi-Fi” ilə internet ADSL ilə müqayisədə daha sürətlidir və abunəçilərə 60 GB-a qədər limitsiz internet paketləri təqdim edilir. Qeyd edək ki, avadanlıq “Nar” 4G-LTE şəbəkəsinin əhatə etdiyi hər yerdə internetə çıxış əldə etmək imkanı verir.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi