İKT
AzTV-nin təşəbbüsü ilə türkdilli dövlətlər ortaq layihəyə imza atdılar - VİDEO
Azərbaycan Televiziyasının təşəbbüsü ilə türkdilli dövlətlər ortaq layihəyə imza atıblar.
Publika.az-a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, layihə “Türk dünyası” adlanır.
Həftədə bir dəfə yayımlanacaq verilişdə türkdilli xalqlardan birinin mədəniyyəti, tarixi, adət-ənənəsi barədə məlumatlar təqdim ediləcək.
Materiallar hər bir xalqın öz dilində olacaq. Lakin Azərbaycan tamaşaçısının tam başa düşməsi üçün alt yazı əlavə olunacaq.
Layihənin təşəbbüskarı AzTV olsa da, verilişin bütün türkdilli ölkələrin TV kanallarında verilməsi planlaşdırılır.
İlk buraxılışın gələn həftə yayımlanması nəzərdə tutulub.
Bu, Azərbaycanın türkdilli ölkələrlə sıx əməkdaşlığı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşündə dövlət başçılarının qaldırdığı təşəbbüslərə cavab olaraq yaradılan layihədir.
-
Ekopublika.az22:02
Emin Ağalarova vəzifə verildi - FOTOLAR
-
İKT21:11
“WhatsApp”da yeni funksiya
-
Magazin120:20
Xalq artisti 55 minlik məhkəməni uduzdu
-
Magazin219:30
Elton Con görmə qabiliyyətini itirdi
-
Kriminal19:00
Havvaxanımın məhkəməsi başlayır: 100-dən çox zərərçəkən var
-
Nəqliyyat18:50
Bakıda COP29 zolaqlarının qüvvədən düşdüyü yollar - SİYAHI
-
Nəqliyyat18:30
Bakının axşam tıxacı...
-
Dünya17:35
Rusiyalı turistlərə bu ölkəyə giriş qadağan edildi