İKT
Onlayn media subyektlərinin rəhbərləri ilə görüş keçirildi - FOTO
Avqustun 12-də Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci ilin ikinci yarımilliyi üzrə maliyyə yardımı göstərilən onlayn media subyektlərinin rəhbərləri ilə görüşüb.
Agentlikdən Publika.az-a verilən məlumata görə, Əhməd İsmayılov bildirib ki, maliyyə yardımının göstərilməsində əsas məqsəd onlayn media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsidir və bu istiqamətdə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün müqavilə üzrə öhdəliklərin tam icra olunması, xüsusilə maliyyə yardımına dair hesabatlılığın vaxtında təmin edilməsi zəruridir.
Onlayn media subyektlərinin rəhbərləri tərəfindən ötən dövr ərzində maliyyə yardımının göstərilməsi nəticəsində bir çox veb-saytların texniki problemlərinin həll edildiyi, yeni rubrikaların yaradıldığı, bəzilərinin tamamilə yeni tərtibata keçdiyi, həmçinin müvafiq media subyektlərində fəaliyyət göstərən jurnalistlərin əmək münasibətlərinin rəsmiləşdirildiyi xüsusilə vurğulanıb.
Görüşdə bəhs olunan məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi




































