İKT
Süni intellekt bankların və dövlətlərin şifrələmə sistemləri üçün təhlükə yaradacaq
Aparıcı süni intellekt (Sİ) laboratoriyaları yaxın aylarda bankların və dövlət qurumlarının kibertəhlükəsizlik əsaslarını sarsıda biləcək kəşflərə imza atmış ola bilər.
Publika.az “The Guardian” nəşrinə istinadla xəbər verir ki, tanınmış nəzəri kompüter alimi Skott Aaronson güclü Sİ modellərinin məxfi məlumatların şifrələnməsinin əsasını təşkil edən və onilliklərdir həll olunmayan riyazi problemlərdə ciddi irəliləyiş əldə etdiyinə dair etibarlı məlumatların olduğunu bildirib.
Mütəxəssislərin fikrincə, bu ehtimallar təsdiqlənərsə, hakerlər qısa müddətdə bank əməliyyatları, diplomatik yazışmalar və şəxsi elektron məktublar kimi məxfi kommunikasiyaların şifrəsini asanlıqla aça bilərlər. Qeyd olunur ki, hökumətlər və maliyyə qurumları şifrələmə sistemlərinin kvant kompüterləri tərəfindən sındırılması riskinə qarşı 2032-ci ilədək tədricən hazırlıq görsələr də, Sİ-nin kriptoqrafiyada belə sürətli irəliləyişi gözlənilməz olub.
İngiltərə Bankının sədri Endryu Beyli də bu həftə “OpenAI” və “Anthropic” kimi şirkətlərin kriptoqrafiya sahəsində mümkün kəşfləri ilə bağlı narahatlıqlara toxunaraq, onları yeni modelləri ictimaiyyətə təqdim edərkən ehtiyatlı olmağa çağırıb.
Sİ şirkətləri hələlik şifrələmə ilə bağlı rəsmi açıqlama verməsələr də, ekspertlər süni intellektin təqdim etdiyi riyazi sübutların alimlər tərəfindən diqqətlə yoxlanılmasının vacibliyini vurğulayırlar. Surrey Universitetinin professoru Alan Vudvord mövcud şifrələmə sistemlərinin bir gündə çökməyəcəyini bildirib, lakin iri bankları və dövlət qurumlarını təhlükəsizlik sistemlərini operativ şəkildə daimi yeniləməyə hazır olmağa çağırıb.
-
Digər13:1525 nəfər məktəbdəki partlayışın qurbanı oldu - 50-yə yaxın yaralı var
-
Magazin213:07Kürd əsilli məşhur müğənninin 22 il əvvəlki görüntüsü gündəm oldu - FOTO
-
Ekologiya12:44Sabahın hava proqnozu açıqlandı
-
MDB12:21Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
-
Ekologiya11:36Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb
-
Hadisə11:20Azərbaycanda Əfqanıstan vətəndaşları saxlanıldı
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
















.jpg)








.jpg)











