İKT
Telefonla qoxu göndərmək mümkün olacaq - Yeni texnologiya hazırlandı
İnternet vasitəsilə görüntü və səslə yanaşı, qoxu da göndərmək mümkün ola bilər.
Publika.az xəbər verir ki, bununla bağlı ABŞ-dakı Ohayo Dövlət Universitetinin tədqiqatçıları araşdırma aparıblar.
Onlar qoxuları rəqəmsal məlumatlara çevirərək uzaqdakı cihazda yenidən yaradan “Scentronic” adlı sistem hazırlayıblar.
Yeni texnologiya qəhvə, keks, portağal, pivə və qırmızı şərab qoxularını tanıya bilir. Sistem qoxunun kimyəvi izlərini sensorlar vasitəsilə müəyyənləşdirir, əldə olunan məlumatları internet üzərindən qəbuledici cihaza ötürür. Cihaz isə xüsusi ətirli mayelərdən istifadə edərək həmin qoxunun oxşarını yaradır.
Yeni texnologiya internet üzərindən alış-verişə də təsir göstərə bilər. Lakin texnologiyanın geniş istifadəyə verilməsi üçün bir sıra problemlər həll edilməlidir. Daha çox qoxunun tanınması, qarışıq qoxuların dəqiq təhlili, cihazların kiçildilməsi, təhlükəsizlik və istehsal xərcləri əsas çətinliklər sırasındadır.
“Scentronic” hazırda laboratoriya mərhələsindədir və onun yaxın zamanda mobil telefonlarda istifadəyə veriləcəyi hələ məlum deyil.
Tədqiqat “Science Advances” jurnalında dərc olunub.
Müəllif: Roza
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO

























.jpg)














