İKT
Nazir müşaviri: Rəqəmsal bacarıqlar üzrə proqramları 11 mindən çox insan bitirib
“Texnoloji inkişaf təkcə gündəlik həyatımız üçün deyil, həm də əmək bazarı üçün böyük əhəmiyyət daşıyır. O, əmək bazarına ciddi təsir göstərir və cəmiyyətdə bir sıra dəyişikliklərə səbəb olur. Yeni imkanlar yaranır, əmək bazarının tələbləri dəyişir”.
Publika.az xəbər verir ki, bunu Bakıda keçirilən “Rəqəmsal bacarıqlar: bu günün nəticələri, sabahın imkanları” mövzusunda tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, yeni texnologiyaların inkişafı ilə yanaşı, onların mahiyyətini anlayan və cəmiyyətin inkişafına xidmət edən vasitələrə çevirə bilən mütəxəssislərin yetişdirilməsi də vacibdir.
“İnsan kapitalının inkişafı həm rəqəmsal inkişaf konsepsiyasında, həm də Azərbaycan Prezidentinin bu il imzaladığı, 2026-2028-ci illəri əhatə edən müvafiq fəaliyyət planında mərkəzi yer tutur. Kadr potensialının inkişafı və kadr hazırlığı hər zaman Azərbaycan hökumətinin diqqət mərkəzində olub. Lakin söhbət təkcə İT mütəxəssislərinin hazırlanmasından getmir. Müxtəlif sahələrdə çalışan insanların rəqəmsal savadlılığının və bacarıqlarının artırılması da vacibdir. Məqsəd texnologiyaları müxtəlif sahələrdə çalışan insanların iş prosesində istifadə edə biləcəyi alətə çevirməkdir. Bu imkanlardan səmərəli istifadə etməklə bütövlükdə cəmiyyətin inkişafına töhfə verə bilərik”, - deyə o bildirib.
Nazir müşaviri Azərbaycanda mövcud imkanların əhatə dairəsinin genişləndirilməsinin və bu istiqamətdə davamlı yanaşmanın tətbiqinin vacibliyini vurğulayıb.
“Bakıdan kənarda yerləşən regionlarda da insanların müvafiq bacarıqlar əldə etməsi üçün imkanlar yaratmaq lazımdır. Eyni zamanda, beynəlxalq texnologiya şirkətlərinin Azərbaycana cəlb olunması istiqamətində də müəyyən işlər görülür. “Andersen Lab”, “EPAM” və digər şirkətlərin Azərbaycanda fəaliyyəti buna nümunədir.
Əsas hədəf mütəxəssislərin əldə etdikləri bilikləri real iş təcrübəsində tətbiq edə bilmələridir. Azərbaycanda rəqəmsal bacarıqların inkişafı istiqamətində həyata keçirilən proqramları indiyədək 11 mindən çox insan bitirib. Bu tədbirlər təkcə Bakıda deyil, ölkənin 40-a yaxın regionunda həyata keçirilib”, - deyə R.Bayramov qeyd edib.
O əlavə edib ki, cəmiyyətin rəqəmsallaşması və rəqəmsal bacarıqlarının artırılması prosesində yalnız bir dövlət qurumunun fəaliyyəti kifayət deyil. Bu istiqamətdə özəl sektorun, vətəndaş cəmiyyətinin və müvafiq sahədə çalışan digər tərəfdaşların da mühüm rolu var.
R.Bayramov təşəbbüs çərçivəsində bütün tərəfdaşların birgə səyləri ilə qarşıya qoyulan məqsədə nail olunacağına inandığını bildirib.
Müəllif: Roza Şəfiyeva
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video






.jpg)










.jpg)










.jpg)










