İKT
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Noyabrın 6-sı Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya, radio işçilərinin peşə bayramı kimi qeyd edilir.
Publika.az xatırladır ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosunun əsası qoyulub.
Bundan sonra ölkənin mətbuat tarixində yeni mərhələ başlayıb.
Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunub. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkar Nəcibə Məlikova görünüb və o, çıxışına "Göstərir Bakı" sözləri ilə başlayıb. Həmin gün televiziyada "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.
Azərbaycan teleradiosu ötən illər ərzində milli-mənəvi dəyərlərin təbliğində, ictimai fikrin formalaşmasında və cəmiyyətin məlumatlandırılmasında mühüm rol oynayıb.
Hazırda televiziya və radio sahəsi ölkədə dinamik şəkildə inkişaf edir, rəqəmsal yayım və yeni media texnologiyalarının tətbiqi genişlənir.
-
Ekologiya07:30Leysan, dolu, qar - Bu günün havası
-
Magazin107:17İradə İbrahimova: “Qadın evlidir, amma başqasını sevir”
-
Avropa05:15Ukrayna ilə bağlı qorxulu proqnoz
-
Dünya04:44Suyun altında dava düşdü - VİDEO
-
İdman02:12Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" isə...
-
Magazin201:11Məşhur müğənninin model sevgilisi dərin dekolteli libasda - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qazanc fürsətləri qarşınıza çıxa bilər
-
Avropa5 Noyabr 23:12NATO qoşunları Latviyada inəklərə zərbələr endirdi

























.jpg)










.jpg)

