Fazil Məmmədov 11 nəfəri işdən qovdu
Bizi izləyin

Ekopublika.az

Fazil Məmmədov 11 nəfəri işdən qovdu

Vergilər Nazirliyinə daxil olmuş şikayətlər əsasında “Vergi işçisinin etik davranış kodeksi”nin tələblərini pozan 11 əməkdaşın vergi orqanlarında xidmətinə xitam verilib.

Bu barədə Publika.az-a Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat verilib. Məlumata görə, 6 əməkdaşın xüsusi rütbəsi bir pillə aşağı salınıb. 7 əməkdaş aşağı vəzifəyə keçirilib. 413 əməkdaşa töhmət, 133 əməkdaşa isə şiddətli töhmət verilib.

Hesabat dövrü ərzində bilik və məlumatlılıq səviyyəsinin artırılması məqsədilə 1100 vergi xidməti əməkdaşı korrupsiyaya qarşı mübarizə, etik davranış, maraqların toqquşması və məlumat azadlığı məsələləri mövzusunda treninqlərə cəlb edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm