Ekopublika.az
Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi azaldı
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Türkiyə arasında ticarət əməliyyatlarının həcmi 5 milyard 625 milyon 143 min ABŞ dolları təşkil edib.
Publika.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 572 milyon 273 min ABŞ dolları (21,8%) azdır.
Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 13,05%-i həcmində olub.
11 ayda Azərbaycan Türkiyəyə 3 milyard 515 milyon 893 min ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 589 milyon 421min ABŞ dolları (31,1%) azdır. Dövr ərzində Türkiyə ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının 14,45%-ni təşkil edib.
Cari ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən məhsul idxalını illik müqayisədə 17 milyon 146 min ABŞ dolları (0,8%) artıraraq 2 milyard 109 milyon 249 min ABŞ dollarına çatdırıb. Dövr ərzində Türkiyə ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 11,24%-ni təşkil edib.
-
Sosial16:15Minlərlə insan bayram günü buna görə qazsız qalıb
-
Nida Xəbər 15:45Adnan Əhmədzadənin sərvəti açıqlandı
-
Sosial14:16Azərbaycanda bu şəxslər 5 il tez təqaüdə çıxacaqlar
-
Sosial11:36Əhaliyə pis xəbər: Bu ildən...
-
Sosial09:10Pensiyalar bu tarixdən artımla veriləcək
-
Region09:00İranda etirazçılar Quranı yandırdılar
-
Cənubi Qafqaz08:48Bu dəfə "Cənubi Qafqaz lideri" Ermənistan oldu
-
Magazin208:24Aktyor Tommi Li Consun qızı ölü tapıldı










.jpg)
















.jpg)







