Vergilər Nazirliyinin nümayəndələri Fransada səfərdə olub
Bizi izləyin

Ekopublika.az

Vergilər Nazirliyinin nümayəndələri Fransada səfərdə olub

Azərbaycan Respublikası Vergilər Nazirliyinin bir qrup əməkdaşı “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Vergilər Nazirliyinə dəstək” Tvininq layihəsi çərçivəsində Fransada səfərdə olub.

Səfər çərçivəsində vergilər nazirinin müşaviri Asəf Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri oktyabrın 5-dən 9-dək Fransanın Paris, Növer, Nuazi -lö-Qrand və Orlean şəhərlərinin təlim mərkəzlərində olub, müvafiq sahələr üzrə təcrübələrini bölüşüblər.

Səfərin əsas məqsədi Tvininq layihəsində qarşıya qoyulmuş insan resurslarının uzunmüddətli və hərtərəfli inkişafı, onun idarəetmədə səmərəliliyini artırmaq üçün tənzimləyici rol oynayan ən müasir normativ qaydaların və metodologiyanın tərtib edilməsi, işçi heyətin peşəkarlıq səviyyəsinin daim artırılmasını təmin etmək üçün ən müasir Avropa təcrübəcinə uyğun və müasir informasiya texnologiyalarına əsaslanan dayanıqlı təhsil təminatı sahəsində fikir mübadiləsi aparmaq olubdur.

Xatırladaq ki, 2014-cü ilin sentyabrın 1-dən başlayan Tvininq layihəsi İspaniya və Fransanın Vergi Administrasiyaları ilə birgə 2 il müddətində həyata keçiriləcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm