Özəl sektorun borcu araşdırılacaq
Bizi izləyin

Ekopublika.az

Özəl sektorun borcu araşdırılacaq

“Borclanma siyasətinə görə Azərbaycan reytinq cədvəlində sondan 3-cü yerdədir. Yəni ən az borc alan ölkəyik”.

Publika.az xəbər verir ki, belə bir bəyanatla Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə cıxış edib: “Azərbaycan hökuməti özəl sektorun xarici borcu haqqında məlumatın toplanması yönündə Mərkəzi Bankın səlahiyyətlərini artıracaq. Azərbaycanın dövlət borcu cari ilin iyul ayının 1-nə 6,6 milyard dollar təşkil edib. Bu, 1,5 faiz artım deməkdir. Maliyyə Nazirliyinin məlumatına görə, Azərbaycanının borcu ÜDM-in 12,2 faizini təşkil edir”.

Z.Səmədzadə deyib ki, həm dövlətin, həm də özəl sektorun borcunun nə qədər olduğu müəyyən edilməlidir: “Özəl sektorun borcu da Azərbaycanın borcu hesab edilir. Biz Azərbaycan adına borcun nə qədər olduğunu müəyyən etməliyik. Cənab prezident də qanunvericilik təşəbbüsü ilə çıxış edib və yəqin ki, Mərkəzi Bankın hüquqları genişləndiriləcək”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm