SOCAR bank açır
Bizi izləyin

Ekopublika.az

SOCAR bank açır

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Monteneqroda bank açmağı planlaşdırır.

Publika.az "Marja"ya istinadən xəbər verir ki, Monteneqro Mərkəzi Bankının SOCAR-a lisenziya verəcəyi gözlənilir.

Xatırladaq ki, SOCAR Monteneqroda 281,2 milyon dollarlıq layihə əsasında turizm-kurot mərkəzi tikir. Layihənin həyata keçirilməsi üçün “Azmont Investments” şirkətini yaradıb. Bankın yaradılmasında da məqsəd “Azmont Investments” şirkətinin xərclərini azaltmaqdır.

Eyni zamanda, Azərbaycan qazını Avropaya daşıyacaq Transadriatik Qaz Kəmərinin inşası üzrə əməliyyatlarda bu bankdan istifadə olunması planlaşdırılır.

Digər bir məlumata görə, SOCAR-ın Monteneqroda bank lisenziyası alması ilə bu ölkədə Azərbaycan kapitalı olan bankların sayı 15-ə çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm