Bakı-Tbilisi-Qars 536,6 milyon dollar aparıb
Bizi izləyin

Ekopublika.az

Bakı-Tbilisi-Qars 536,6 milyon dollar aparıb

İcrasına başlanılan müddətdən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə 446,8 mln. manat xərclənib.

Publika.az Dövlət Neft Fonduna istinadən xəbər verir ki, qurumun 2014-cü il büdcəsindən layihəyə 72,7 milyon dollar və ya 57,1 milyon manat vəsait yönəldilib. Ümumilikdə, 2007-2014-cü illər ərzində layihənin maliyyələşdirilməsinə 536,6 milyon dolları vəsait ayrılıb.

Əsas məqsədi Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrini birləşdirmək, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropa və Asiyaya çıxarılmasını təmin etmək olan layihə çərçivəsində Türkiyə ərazisində 76 km və Gürcüstan ərazisində 26 km uzunluğunda Qars-Axalkalaki dəmir yolu xəttinin tikintisi və Gürcüstan ərazisində 160 km uzunluğunda Axalkalaki-Marabda yolunun reabilitasiya-rekonstruksiyası işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm