Yuan Ehtiyat Valyutalar Səbətində - QƏRAR
Bizi izləyin

Ekopublika.az

Yuan Ehtiyat Valyutalar Səbətində - QƏRAR

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard Çin yuanının təşkilatın ehtiyat valyutalar səbətinə daxil edildiyini bildirib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, BVF-nin qərarı 2016-cı il oktyabrın 1-də qüvvəyə minəcək.

İqtisadiyyatına görə ABŞ-dan sonra ikinci olan Çin Xalq Respublikası hələ keçən il BVF-yə ölkənin milli valyutasına ehtiyat statusu vermək barədə müraciət edib.

K.Laqard deyib: “Direktorlar Şurasının yuanı ehtiyat valyutalar səbətinə daxil etmək barədə qərarı Çin iqtisadiyyatının qlobal maliyyə sisteminə inteqrasiyasında mühüm mərhələdir. Bu, həm də son illər Çin hakimiyyət orqanlarının ölkənin valyuta və maliyyə sisteminin dəyişdirilməsində nail olduğu yüksəlişin tanınmasıdır”.

Analitiklər BVF-nin qərarını rəmzi hesab edirlər, çünki yuandan faktiki olaraq dünyada hesablaşma əməliyyatlarında istifadə edilir və bu, “sərbəst işlədilən valyutadır”. Yuan hesablaşma valyutası kimi 2010-cu ildə 35-ci yerdə olub, 2015-ci ildə isə 5-ci yeri tutub.

Asiya-Sakit Okean regionunda isə yuan valyuta hesablaşmaları arasında ən geniş yayılıb.

Hazırda ehtiyat valyutalara avro, Britaniya funtsterlinqi və yapon yeni daxildir.

2010-cu ildə ehtiyat valyutalar səbətinə baxılan zaman BVF Çin yuanını bu siyahıya salmaqdan imtina edib. Təşkilat bunu Çin valyutasının həmin vaxt sərbəst istifadəyə dair tələblərə cavab verməməsi ilə əlaqələndirmişdi.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm