Rusiyaya böyük zərbə - VİDEO
Bizi izləyin

Ekopublika.az

Rusiyaya böyük zərbə - VİDEO

Dünya bazarında neftin qiyməti son 7 ilin ən aşağı səviyyəsinə düşüb. İxracda 58 faiz neft və təbii qazdan asılı olan Rusiyanı çətin günlər gözləyir.

Publika.az xəbər veriri ki, iqtisadçı ekspertlər 2016-cı ildə Rusiyada iqtisadi artımın sıfır səfiyyəsinə yaxın olacağını proqnozlaşdırırlar.

Baş ofisi Londonda yerləşən müstəqil araşdırma şirkəti “Capital Economics”in iqtisadçısı Liza Yermolenko bildirib ki, neft qiymətlərinin sürətlə aşağı düşməsi Rusiya iqtisadiyyatının strukturundakı mənfi tərəfləri üzə çıxarıb.

Yermolenko aşağı neft qiymətləri və ölkədəki siyasi risklərlə əlaqədar Rusiya iqtisadiyyatındakı artımın son dərəcə azaldığını deyib: “Rusiyanın büdcəsi olduqca azalıb. İnflyasiya çox yüksəkdir və rus rublunun dəyəri əhəmiyyətli dərəcədə düşüb. Rusiyanın Çinlə apardığı təbii qaz danışıqları qiyməti daha da aşağı sala bilər. Avropa Birliyinin ölkələri isə mayeləşdirilmiş təbii qaz (LNG) təsisləri inşa edərək Rusiyadan qaz idxalını azaltmağa çalışır. Bundan başqa, 2018-ci ildən sonra ABŞ, Avstraliya, İraq, Azərbaycan və Türkmənistan kimi ölkələr qlobal qaz bazarlarında daha aktiv olacaqlar. Bu vəziyyət isə təbii qazdan böyük gəlir edən Rusiya üçün böyük zərbədir”.

Rusiyanın Enerji və Maliyyə İnstitutunun iqtisadiyyat bölməsinin başçısı Marsel Salikovun sözlərinə görə, 2016-cı ildə Rusiya iqtisadiyyatında artım sıfıra yaxın olacaq: “İqtisadi böyümə üçün Rusiyanın şərtləri kifayət qədər yaxşı deyil. Qarşıdakı ildə Rusiyanın maliyyə sistemində hər hansı canlanma gözlənilmir. Ənənəvi əmtəə ixracatının qarşısında da bir çox maneələr var. Rusiyadakı siyasi risklər və qarşıdurmalar da iqtisadiyyatın inkişafına mənfi təsir edir”.

2015-ci il də Rusiya iqtisadiyyatı üçün olduqca çətin bir il olub. Yalnız 2015-ci ilin üçüncü rübündə siyasi atmosfer və düşən enerji qiymətləri Rusiya iqtisadiyyatının 4,1 faiz geriləməsinə səbəb olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm